AZ
942

Hesabatlılıq şöbəsi - Hesabatlılıq şöbəsinin mütəxəssisi

Struktur bölmə: Maliyyə departamenti, Hesabatlılıq şöbəsi
Vəzifə: Hesabatlılıq şöbəsinin mütəxəssisi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00

Son müraciət tarixi: 02.04.2023-cü il.

Vəzifə Öhdəlikləri:
1. MHBS (IFRS)-ə uyğun olaraq aylıq və illik qrup maliyyə hesabatlarının hazırlanması;
2. Hesabatların hazırlanması zamanı istifadə edilən məlumatların dəqiqliyini və dolğunluğunu analiz etmək;
3. Hesabatların hazırlanması və təqdimatı üzrə ən qabaqcıl təcrübələri araşdırmaq, tərtibat üçün Cəmiyyətin ehtiyaclarına ən uyğun olanını seçmək və təklif etmək;
4. Hesabatların hazırlanması prossesində təşkilati-informasiya dəstəyinin verilməsini həyata keçirmək;
5. Hesabatların hazırlanmasının effektivliyinin təmin olunması məqsədilə öz səlahiyyətləri çərçivəsində digər struktur bölmələrlə əməkdaşlıq etmək;
6. İllik büdcənin hazırlanmasında iştirak etmək;
7. Rüblük və aylıq əsasda büdcə-faktiki təhlillərini aparmaq;
8. Rüblük əsasda il sonu büdcə proqnozlarını hazırlamaq;
9. Kənar audit yoxlama prosesində iştirak edilməsi və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsi;
10. Şöbənin funksiyasından irəli gələn digər işlər.

Namizədə olan tələblər:
İş təcrübəsi: Maliyyə sahəsi üzrə 1 il iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası: İqtisadiyyat, Maliyyə, Mühasibat uçotu ixtisasları üzrə bakalavr dərəcəsi tələb olunur.
Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla, Rus dili: orta səviyyədə biliklər tələb olunur.
Üstünlüklər: ACCA FA/FR imtahanlarını uğurla tamamlaması, SQL və Power BI üzrə biliklər arzuolunandır.
Kompüter bilikləri: MS Excel: əla, MS Word: əla, MS Power Point: əla səviyyədə biliklər tələb olunur.
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, problem həlletmə.

İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizimlə birlikdə işləmək istəyirsinizsə