Struktur bölmə: Risklərin idarəedilməsi departamenti,Sığorta riski və ehtiyatların hesablanması şöbəsi
Vəzifə: Sığorta riski və ehtiyatların hesablanması şöbəsinin mütəxəssisi-aktuarisi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 30.03.2023-cü il.
Vəzifə Öhdəlikləri:
1. Sığorta öhdəlikləri üzrə ehtiyatlarının hesablanmasını (Maliyyə Hesabtlarının Beynəlxalq Standartına uyğun və Nəzarət orqanının tələblərinə əsasən) aparmaq;
2. Sığorta öhdəlikləri üzrə ehtiyatların adekvatlığını ölçmək (LAT, Run-off ) və ehtiyatlarla bağlı digər analiz hesabatlarının hazırlanması;
3. Ucot jurnalının hazırlanması və avtomatlaşdırılması prosesində iştirak etmək;
4. Sığorta riski üzrə daxili alətlərin/modellərin yaradılması, tətbiq edilməsi və təkmilləşdirilməsində iştirak etmək;
5. Risk səviyyələri üzrə hesablamları həyata keçirmək;
6. Sığorta riskləri üzrə hesabatların qaydalar çərçivəsində hazırlanmasınıda iştirak etmək;
7. Müvafiq araşdırma, tədqiqat, təhlil işlərinin aparılmasında iştirak (qiymətləndirmənin adekvatlığı, portfel analizi, təkrarsığortanın effektivliyi, büdcələmə prosesində iştirak);
8. Birbaşa rəhbərinin digər tapşırıqlarının yerinə yetirilməsi.
Namizədə olan tələblər:
İş təcrübəsi: Risklərin idarə edilməsi və ya aktuar sahəsində ən az 1 il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası: Riyaziyyat, İqtisadiyyat və Maliyyə sahəsində bakalavr dərəcəsi tələb olunur;
Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla, Rus dili: orta;
Üstünlüklər: SOA Exam P/FM və ya yerli aktuari imtanlarında nailiyyət, Aktuar lisenziyasının olması, beynəlxalq və ya yerli aktuar imtahanlarından uğurla keçməsi;
Kompüter bilikləri: MS Excel: əla, MS Word: əla, MS Power Point: əla;
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, problem həlletmə, planlaşdırma.
İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.