RU
942

Məlumat bazası şöbəsi - Verilənlər Bazası üzrə Administrator

Struktur bölmə: İT xidmətləri və dəstək departamenti, Məlumat bazası şöbəsi
Vəzifə: Verilənlər Bazası üzrə Administrator
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00

Son müraciət tarixi: 05 may 2024-cü il

Vəzifə Öhdəlikləri:
1. Məlumat bazası idarəetmə sistemlərinin (PostgreSQL,MS SQL Server) ehtiyat nüsxələrinin cəmiyyətin proseduruna uyğun saxlanılmasına nəzarət etmək,ehtiyac olduğu zaman köhnə ehtiyat nüsxələrin bərpa olunması, yoxlanılmasını təmin etmək;
2. Kritik məlumat bazası idarəetmə sistemlərində (PostgreSQL,MS SQL Server)) dayanıqlılığının təmin edilməsi(High Avalibility),fəlakət bərpa (Disaster recovery)senariyalarının hazırlanması və yoxlanılmasını işinin təşkili;
3. Məlumat bazası idarəetmə sistemlərində (PostgreSQL ,MS SQL Server) açıq mənbə(open source) texnologiyalarından istifadə etməklə klasterizasiya və replikasiya prosesinin avtomatlaşdırılması;
4. Məlumat bazası idarəetmə sistemlərinin (PostgreSQL,MS SQL Server) istifadəçi ehtiyaclarının müəyyən olunmasına, məlumatın rahat və sürətli əldə olunmasına (optimallaşdırmaq), statistikanın və performansın saxlanmasına nəzarət etmək;
5. Məlumat bazası idarəetmə sistemlərinin (PostgreSQL,MS SQL Server) movcud gündəlik\həftəlik\aylıq texniki tapşırıqlarının (Job) icrasına nəzarət etmək,avtomatlaşdırmaq və ehtiyac olduğu təqdirdə yeni tapşırıqlar (Job) yaratmaq;
6. Məlumat bazası idarəetmə sistemlərinin (PostgreSQL,MS SQL Server) təhlükəsizliyinin təmin edilməsi,birbaşa bazaya icazəsi olan istifadəçilərin icazələrinin tənzimlənməsi, məlumatların qorunması;
7. Məlumat bazası üzrə dəyişikliklərin idarəolunması (Change management);
8. Struktur üzrə bütün prosedur və qaydaların sənədləşmələrinə nəzarət, kargüzarlığın təşkili;
9. Fəaliyyət zamanı aşkar olunan əməliyyat riski və ya insident barədə əlaqəli strukturu məlumatlandırmaq;

 

Namizədə olan tələblər:

İş təcrübəsi: SQL Administrator sahəsi üzrə 3 il iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası: 
İstənilən ixtisaslar üzrə bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili: əla
Üstünlüklər: Sahə üzrə beynəlxalq sertifikatların olması
Kompüter bilikləri: PostgreSQL: əla, MSSQL(T-SQL): orta

İmtiyazlar
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Присоединяйся к нашей команде