942
08 Noyabr 2021

1 il ərzində PAŞA Həyat tərəfindən Vətən üçün həyata keçirilən sosial aksiyalar

Biznes hədəflərinə artıqlaması ilə çatan ölkənin lider həyat sığorta şirkəti “PAŞA Həyat” ölkəmiz və cəmiyyətimiz qarşısında olan məsuliyyətini unutmur və daim korporativ sosial məsuliyyət fəaliyyətinə xüsusi diqqət ayırır.

Belə ki, 2020-2021-ci illər ərzində şirkətin KSM fəaliyyəti İkinci Qarabağ Müharibəsi üzərində cəmləndi və əsas fokuslanılan sahələrdən biri müharibə zamanı zərər çəkən şəxslərə dəstək göstərmək oldu. Qeyd edək ki, keçirilən sosial aksiyalara PAŞA Həyat şirkətinin əməkdaşları öz təşəbbüsləri ilə qoşularaq maddi və mənəvi dəstəkdə xüsusi yer aldılar.

Beləliklə, illik fəaliyyət hesabatını sizə təqdim edirik:

“PAŞA Holding-in və müvafiq olaraq PAŞA Həyat şirkətinin iş fəlsəfəsi dövlətə və cəmiyyətə fayda verməkdən ibarətdir. Həm şirkətin qurucuları, həm də kollektivi Vətənimizin bütövlüyü və qalibiyyəti uğrunda şəhidlik zirvəsinə ucalan döyüşçülərimizin ailələrinə dəstək olmağı mənəvi borcu kimi görür. 44 gün ərzində həm sevincli, həm kədərli anlar yaşadıq, xalqımızın möhtəşəm həmrəyliyinin şahidi olduq. Canı və qanı bahasına əzəli torpaqlarımızı azad edən şücaətli ordumuzun hər bir əsgər və zabitinə nə qədər təşəkkür etsək azdır. Ali Baş Komandanın və Milli Ordumuzun sayəsində biz bu gün zəfər həyəcanı yaşayırıq. Artıq bir ildir ki, üçrəngli bayrağımız azad edilmiş torpaqlarda dalğalanır. Lakin biz həm də şəhidlik zirvəsinə ucalan vətən oğullarının kədərini yaşayırıq. Allah bütün şəhidlərə rəhmət eləsin!” - “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyəti sədri Niyaz İsmayılov bildirib.

Şirkət bundan sonra da şəhid ailələrinin və müharibə iştirakçılarının firavan yaşaması üçün əlindən gələni edəcək.

Qarabağ Bizimdir! Qarabağ Azərbaycandır!

Yaşasın Azərbaycan!