Təklif və şikayətiniz olarsa, şikayətlər üzrə koordinator Aysel Hüseynliyə müraciət edə bilərsiniz.
Müştərilərin qəbulu:
Müştəri rəhbərliyin qəbuluna əvvəlcədən yazılmaq istədiyi hallarda, İdarə Heyətinin sədri və İdarə Heyəti üzvünün qəbul günləri aşağıdakı qaydada müəyyən edilir :
Kurasiya üzrə İdarə Heyətinin üzvü:
Hər həftənin cümə günü saat 11:00-da (sığorta hadisəsi və sığorta ödənişi ilə bağlı məsələlər üzrə);
İdarə Heyətinin sədri:
Hər ayın birinci həftəsinin cümə axşamı günü saat 11:00-da (digər məsələlər üzrə).
Müştərinin müraciəti ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi tələb edildikdə, müştəri qəbul günündə növbədənkənar qəbul edilir. Həmçinin, aşağıda göstərilən şəxslərin qəbulu növbədənkənar həyata keçirilir:
- I dərəcə əlilliyi olan şəxşlər
- Çernobıl AES-dəki qəza ilə əlaqədar əlillik almış şəxslər
- Sağlamlıq imkanları məhdud uşaqlar (valideyn və ya digər qanuni nümayəndə ilə birlikdə)
- 20 Yanvar hadisələri, Qarabağ müharibəsi, habelə hərbi xidmət və hərbi əməliyyatlarla əlaqədar əlillik almış şəxslər
- Vətən müharibəsinin iştirakçısı olan qazilər
- Şəhid ailələri