942

Səhmdarlar

“PAŞA Həyat”-ın yeganə səhmdarı "PAŞA Holdinq" MMC-dir.

Səhmdarların hüquqları

* “PAŞA Həyat”-ın idarə edilməsində Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər qanunvericiliklə və Cəmiyyətin Nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onu idarə etmək və icra orqanlarına seçmək və seçilmək;
* Nizamnamə və qanunvericiliklə müəyyən edilmiş qaydada, Cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq;
* Səhmdarların Ümumi Yığıncağının çağırılmasını tələb etmək;
* Səhmdarların Ümumi Yığıncağının gündəliyində dəyişikliklərin edilməsini tələb etmək;
* Cəmiyyətin fəaliyyətinin Təftiş Komissiyası va ya auditor tərəfindən yoxlanılmasını tələb etmək;
* Cəmiyyətin xalis mənfəətindən dividend almaq;
* Azərbaycan Respublikasının qanunvericilik aktları və Cəmiyyətin Nizamnaməsi ilə müəyyən edilən digər hüquqlara malik olmaq.