942

Maliyyə və sığorta risklərinin idarə edilməsi şöbəsi - Maliyyə və sığorta risklərinin idarə edilməsi şöbəsinin baş mütəxəssisi

Maliyyə və sığorta risklərinin idarə edilməsi şöbəsinin baş mütəxəssisi

Risklərin idarəedilməsi departamenti

Son müraciət tarixi: 21 aprel 2025 ci il


Vəzifə Öhdəlikləri:

  1. Sığorta portfeli üzrə sığorta risklərinin müəyyənləşdirilməsində və bu risklərin statistik/ekspert modellərindən və ya alətlərindən istifadə edərək qiymətləndirilməsini həyata keçirmək;
  2. Şirkətin Solvency II standartları üzrə ödəməqabiliyyətliliyinin qiymətləndirilməsində iştirak etmək və requlyativ kapital tələblərinə riayət edilməsinə nəzarət etmək;
  3. Makroiqtisadi və idiosinkratik ssenarilər üzrə stress-testlərin həyata keçirilməsində və tədbirlər planının formalaşdırılmasında iştirak etmək;
  4. Sığorta riskləri üzrə əsas risk göstəricilərini formalaşdırmaq, tətbiqini və hesabatlığını təmin etmək, aylıq sığorta riski hesabatını hazırlamaq;
  5. Risk sağlamlıq indeksində sığorta riski üzrə kəmiyyət göstəricilərini rüblük əsasda hesablamaq;
  6. Risklərin idarəedilməsi üzrə daxili normativ sənədləri hazırlamaq və onların yenilənməsini təmin etmək;
  7. Ölüm və əlillik riski üzrə proqnozlaşdırılan ehtimalların reallaşma göstəricilərini izləmək, qiymətqoyma prosesinə nəzarət etmək və gözlənilən sığorta ödənişlərinin reallaşma göstəriciləri əsasında vintaj analizi aparmaq;
  8. Xitam üzrə analiz aparmaq, müqavilələrin davamlılıq əmsalını hesablamaq;
  9. Risk məhsulları üzrə zərərlilik dərəcəsini hesablamaq və bu məhsullarla bağlı təkliflər vermək;
  10. Şirkətdaxili risk mədəniyyətinin artırılması məqsədilə sığorta riski üzrə maarifləndirmə sessiyalarının həyata keçirilməsində iştirak etmək;
  11. Qlobal və yerli bazarda sığorta riskləri üzrə trendləri izləmək və yeni risk faktorlarının şirkətə təsirini təhlil etmək;
  12. Sığorta riski üzrə monitorinqlərin həyata keçirilməsini təmin etmək.

 

Namizədə olan tələblər:

İş təcrübəsi:Risklərin idarə edilməsi, aktuariat üzrə ən azı 3 il iş təcrübəsi tələb olunur;

Təhsili/ixtisası:Riyaziyyat, Maliyyə, İqtisadiyyat ixtisas üzrə bakalavr dərəcəsi;

Dil bilikləri: Azərbaycan və ingilis dillərində sərbəst danışmaq və yazışma aparmaq bacarığı;


Üstünlüklər: MSSQL, Python, SOA, CAS imtahanları və FRM sertifikatın olunması

 

Biz nə təklif edirik:

Tibbi sığorta: Sizin və ailənizin sağlamlığınızı qorumaq üçün geniş sığorta paketi;

Korporativ Həyat Sığortası: Kritik xəstəlikdən sığortalan;

Peşəkar inkişaf və təlim imkanları;

Dinamik və innovativ iş mühiti;

Parkinq imkanı

 

📌 Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizimlə birlikdə işləmək istəyirsinizsə