942

Qiymətləndirmə və portfel analizi - Qiymətləndirmə və portfel analizi şöbəsinin mütəxəssisi

Qiymətləndirmə və portfel analizi şöbəsi

Qiymətləndirmə və portfel analizi şöbəsinin mütəxəssisi

Son müraciət tarixi: 31 mart 2025

Vəzifə Öhdəlikləri:

  1. Müvafiq sığorta məhsulları üzrə baza sığorta tariflərinin formalaşdırılması və iqtisadi əsaslandırılmasının metodologiyasının işlənib hazırlanması;
  2. Zərərlilik əmsalının hesablanmasının həyata keçirilməsi və idarə edilməsi sahəsində təkliflər hazırlanması;
  3. Şöbədaxili riskləri müəyyən edilməsi, qiymətləndirilməsi və aradan qaldırması;
  4. Sığortaçının könüllü sığorta sinifləri üzrə sığorta qaydalarındakı şərtlərin iqtisadi əsaslandırılmasının metodologiyasının işlənib hazırlanması;
  5. Həyatın yığım sığortası müqavilələri üzrə sığortaolunanlara verilən borcların son həddinin müəyyən olunması sahəsində təkliflərin verilməsi;
  6. Müxtəlif sığorta məhsulları üzrə qiymətlərin və hesablamaların elektron sistemə inteqrasiya olunması və təkmilləşdirilməsi prosesində iştirak edilməsi;
  7. Partnyor banklara və digər təşkilatlara qiymət təklifinin təqdim edilməsi;
  8. Təkrarsığorta üzrə şəxsi tutumun müəyyən edilməsi üzrə təkliflərin verilməsi;
  9. Müxtəlif sığorta məhsulları üzrə kalkulyatorların yaradılması və yenilənməsi;
  10. Müvafiq sığorta məhsulları üzrə xitam prosesinin işlənib hazırlanması və sistemə inteqrasiyasının təmin olunması;
  11. Risk iştahası bəyannaməsində (RİB) qeyd edilən ölümün reallaşması üzrə metriklərin hesablamalarının (saya və məbləğə nəzərən) icra edilməsi;
  12. Aşkarlanmış audit faktlarının tədbirlər planının icra edilməsi;
  13. Rəhbərlikdən gələn tapşırıqlara əsasən xüsusi təhlillərin və hesablamaların aparılması;
  14. Mövcud məhsulların qiymətləndirilməsi ilə bağlı digər strukturlardan daxil olan sualların cavablandırılması.

Namizədə olan tələblər:

İş təcrübəsi: Aktuar və ya statistik hesablamalar sahəsi üzrə 1 (bir) il iş təcrübəsi;
Təhsili/ixtisası: Riyaziyyat, Tətbiqi riyaziyyat (Kompüter Elmləri), İqtisadiyyat, Maliyyə, Statistika, İnformatika, Aktuar ixtisasları üzrə balakavr dərəcəsi;
Dil bilikləri: Azərbaycan dili:
 əla, Rus dili: yaxşı, İngilis dili: orta;
Üstünlüklər: Aktuar lisenziyasının olması, beynəlxalq və ya yerli aktuar imtahanlarından uğurla keçməsi; MS Office Excel-VBA və SQL proqramlaşdırma bilikləri, Magistr dərəcəsinin olması;
Kompüter bilikləri: MS Excel: yaxşı;

Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, problem həlletmə.

İmtiyazlar:

  • Sizin və ailənizin sağlamlığını qorumaq üçün tibbi sığorta paketləri;
  • Korporativ həyat sığortası / Ağır xəstəliklərə qarşı sığorta;
  • Fərdi inkişaf planları
  • Parkinq;

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizimlə birlikdə işləmək istəyirsinizsə