942

Hesabatlılıq şöbəsi - Hesabatlılıq şöbəsinin baş mütəxəssisi

Maliyyə departamenti, Hesabatlılıq şöbəsi
Hesabatlılıq şöbəsinin baş mütəxəssisi

Son müraciət tarixi: 12 fevral 2024

Vəzifə Öhdəlikləri:

  1. MHBS (IFRS)-ə və xüsusi holdinq qaydalarına uyğun olaraq aylıq və illik qrup maliyyə
    hesabatlarının hazırlanması;
  2. Hesabatların hazırlanması zamanı istifadə edilən məlumatların dəqiqliyini və dolğunluğunu analiz
    etmək;
  3. Hesabatların hazırlanması və təqdimatı üzrə ən qabaqcıl təcrübələri araşdırmaq, tərtibat üçün Cəmiyyətin ehtiyaclarına ən uyğun olanını seçmək və təklif etmək;
  4. Hesabatların hazırlanması prossesində təşkilati-informasiya dəstəyinin verilməsini həyata keçirmək;
  5. Hesabatların hazırlanmasının effektivliyinin təmin olunması məqsədilə öz səlahiyyətləri çərçivəsində
    digər struktur bölmələrlə əməkdaşlıq etmək;
  6. İllik büdcənin hazırlanmasında iştirak etmək;
  7. Rüblük və aylıq əsasda büdcə-faktiki təhlillərini aparmaq;
  8. Rüblük əsasda il sonu büdcə proqnozlarını hazırlamaq;
  9. Şirkətdə aparılan kənar audit yoxlaması zamanı auditorlarla sıx əməkdaşlıq etmək:
  10. Şöbənin funksiyasından irəli gələn digər işlər.

 

Namizədə olan tələblər:


İş təcrübəsi: Hesabatlılıq sahəsi üzrə 3 il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası: İqtisadiyyat, Maliyyə, Muhasibatlıq ixtisasları üzrə bakalavr dərəcəsi;
Dil bilikləri: Azərbaycan dili:
 əla, İngilis dili: əla, Rus dili: orta;
Üstünlüklər: 
 SQL və Power BI üzrə biliklər, ACCA və ya CFA imtahanı üzrə birinci mərhələni uğurla tamamlaması, Beynəlxalq audit şirkətlərində qazanılmış iş təcrübəsi;
Kompüter bilikləri: MS Excel: əla, MS PowerPoint: əla, MS Word: əla, MS Office: əla, MS Outlook: əla;

Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, problem həlletmə.


İmtiyazlar:

  • Sizin və ailənizin sağlamlığını qorumaq üçün tibbi sığorta paketləri;
  • Korporativ həyat sığortası / Ağır xəstəliklər qarşı sığorta;
  • Parkinq;
  • Fərdi inkişaf planları

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizimlə birlikdə işləmək istəyirsinizsə