AZ
942

Hesabatlılıq şöbəsi - Hesabatlılıq şöbəsinin kiçik mütəxəssisi

Struktur bölmə: Maliyyə departamenti, Hesabatlılıq şöbəsi
Vəzifə: Hesabatlılıq şöbəsinin kiçik mütəxəssisi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00

Son müraciət tarixi: 02.04.2023-cü il.

Vəzifə Öhdəlikləri:
1. Rəhbərliyə təqdim olunacaq hesabatların hazırlanmasında iştirak etmək;
2. Şirkət daxili hesabatlılıq üçün təqdim ediləcək hesabatların hazırlanmasında kənar mənbələrdən məlumatları toplamaq;
3. Hesabatlar üçün toplanmış məlumatlarda hər hansı uyğunsuzluq aşkarlanan hallarda məlumatların düzəldiməsi və ya dəqiqləşdirilməsini təmin etmək;
4. Aylıq və illik maliyyə yekunları əsasında MHBS-ə (İFRS) uyğun düzəlişlərin verilməsi;
5. Hər bir hesabat ayının sonunda faktiki və büdcə nəticələrinin müqayisəsi, yaranan fərqlərin analitik təhlil həyata keçirərək səbəblərinin araşdırılması;
6. Büdcə prosesi üçün lazım olan tarixi məlumatların digər struktur bölmələrin sorğusuna əsasən təqdim etmək;
7. Büdcənin yekun olaraq formalaşmasında və tələb olunan xüsusi analizlərin edilməsində iştirak etmək;
8. Kənar audit yoxlama prosesində iştirak edilməsi və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsi.

Namizədə olan tələblər:
İş təcrübəsi: Tələb olunmur.
Təhsili/ixtisası: İqtisadiyyat, Maliyyə, Mühasibat uçotu ixtisasları üzrə bakalavr dərəcəsi tələb olunur.
Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla, Rus dili: orta səviyyədə biliklər tələb olunur.
Üstünlüklər: ACCA FA imtahanını uğurla tamamlaması (ACCA FR arzuolunandır), SQL və Power BI üzrə biliklər arzuolunandır.
Kompüter bilikləri: MS Excel: əla, MS Word: orta, MS Power Point: əla səviyyədə biliklər tələb olunur.
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, problem həlletmə

İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizimlə birlikdə işləmək istəyirsinizsə