Qeyri maliyyə risklərinin idarə edilməsi şöbəsinin müdiri
Risklərin idarəedilməsi departamenti / Qeyri-maliyyə risklərinin idarə edilməsi şöbəsi
Son müraciət tarixi: 04 may 2025
Vəzifə Öhdəlikləri:
- Qeyri-maliyyə (əməliyyat, IT və s.) risklərin idarəedilməsi üzrə daxili alətlər/modellər yaratmaq, tətbiq etmək və təkmilləşdirmək;
- Şirkətin fəaliyyəti nəticəsində yaranan riskləri aşkar etmək, qiymətləndirmək, nəzarət etmək və minimallaşdırmaq, monitorinqin effektiv aparılması üçün tədbirlər görmək;
- Şirkətin strateji hədəflərinə uyğun əməliyyat riski iştahasının müəyyənləşdirilməsi ilə bağlı təkliflər vermək;
- Şirkətin qəbul etdiyi məqbul risk səviyyələrinə əməl olunmasını nəzərdən keçirmək, kənarlaşmalar barədə məlumat vermək və onların aradan qaldırılması üzrə tədbirlər planı hazırlamaq;
- Şirkətdə risk mədəniyyətinin formalaşmasında, qiymətləndirilməsində və bununla bağlı müvafiq proqramlarda iştirak etmək;
- Risklərin idarəedilməsi prosesinə adekvat və səmərəli nəzarət prosedurlarının müəyyən olunması və təkmilləşdirilməsinə dair təklifləri RİK-ə təqdim etmək;
- Aidiyyəti struktur bölmələrlə birgə illik qlobal həssaslıq (stress) testləri həyata keçirmək və gözlənilməz risklərin azaldılması ilə bağlı tədbirlər planının hazırlanmasında risk sahiblərinə dəstək göstərmək, biznesin təhlükəsizlik planı üzrə işlərə nəzarət etmək, təkliflər vermək;
- Qeyri-maliyyə (əməliyyat, IT və s.) risklərinin dinamikasını izləmək və daimi nəzarətdə saxlamaq, bununla bağlı hesabatları tərkib etmək;
- Qeyri-maliyyə (əməliyyat, IT və s.) riskləri üzrə risk xəritəsini və hadisələrin məlumat bazasını yaratmaq və davamlı olaraq nəzarət etmək;
- Daxili insidentlər, itkilər, sistemdə dayanmalar haqqında struktur bölmələrdən məlumatlar toplamaq və onların səbəblərini araşdırmaq;
- Əsas risk indikatorlarını müəyyənləşdirmək, tətbiq etmək və onların təhlilini aparmaq
Namizədə olan tələblər:
İş təcrübəsi: Risklərin idarəedilməsi sahəsi üzrə ən azı 4 il iş təcrübəsi;
Təhsili/ixtisası: Riyaziyyat, Maliyyə, İqtisadiyyat və İdarəetmə ixtisaslar üzrə bakalavr dərəcəsi;
Dil bilikləri: Azərbaycan və ingilis dillərində sərbəst danışmaq və yazışma aparmaq bacarığı;
Üstünlüklər: GRC (Governance, Risk, Compliance) kimi alətlərlə işləmə təcrübəsi.
Biz nə təklif edirik:
- Tibbi sığorta: Sizin və ailənizin sağlamlığınızı qorumaq üçün geniş sığorta paketi
- Korporativ Həyat Sığortası: Ktitik xəstəlikdən sığortalan
- Peşəkar inkişaf və təlim imkanları
- Dinamik və innovativ iş mühiti.
- Parkinq imkanı
📌 Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.