Data mərkəzi, Data elmi və analitika bölməsi
Aparıcı Data Analitik
Son müraciət tarixi: 24 fevral 2025
Vəzifə Öhdəlikləri:
- Müvafiq sığorta məhsulları üzrə data analitikasının aparılması ilə bağlı beynəlxalq praktikanın araşdırılması və praktikaya əsaslanaraq qərar qəbul edilmə yönümlü təkliflərin verilməsi;
- Şirkətdə əməkdaşların data analiz qabiliyyətlərinin inkişaf etdirilməsində iştirak;
- Statistik yanaşmaların analitikaya tətbiqi və machine learning modellərini qurulması istiqamətində dataların hazırlanması;
- Fəaliyyət sahəsi üzrə data hesabatlarının və dashboard-ların hazırlanması;
- Məhsul və satış squad-larından gələn gündəlik data ehtiyacı ilə bağlı sorğuların icrasının həyata keçirilməsi, satış üzrə lidlərin təhlil edilməsi;
- Şirkətin müəyyən olunmuş biznes strategiyasına müvafiq olaraq Tədbirlər Planının tərtib edilməsi və həyata keçirilməsində iştirak;
- Büdcələmə prosesində iştirak;
- Əməliyyat planının tərtibi və icrasına nəzarət;
- Fəaliyyəti zamanı əməliyyat riski və ya insident aşkar etdikdə, müvafiq daxili normativ sənədlə müəyyən edilmiş qaydada və müddətdə bu barədə əlaqəli strukturun məlumatlandırılmasını təmin etmək.
Namizədə olan tələblər:
İş təcrübəsi: Data analitika sahəsi üzrə 2 və daha çox il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası: İqtisadiyyat, Maliyyə, Menecment, İT, Riyaziyyat, Data elmləri ixtisasları üzrə bakalavr dərəcəsi;
Dil bilikləri: Azərbaycan dili: əla , İngilis dili: əla;
Texniki bilikləri: MSSQL(T-SQL): əla/yaxşı, Python (analitik – statistik istiqamətdə):əla/yaxşı, MS Excel: yaxşı;
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, məlumat əldəetmə, problem həlletmə.
İmtiyazlar:
- Sizin və ailənizin sağlamlığını qorumaq üçün tibbi sığorta paketləri
- Korporativ həyat sığortası / sağalmaz xəstəliklərə təminat
- Parkinq
- Fərdi inkişaf planları
* Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.