942

İnzibati işlər şöbəsi - Əməyin mühafizəsi üzrə mühəndis

Əməyin mühafizəsi üzrə mühəndis
İnzibati işlər şöbəsi

Vəzifə öhdəlikləri:
1. Müəssisədə əməyin mühafizəsi işinin təşkil etmək və əlaqələndirmək;
2. Müəssisənin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
3. Şirkətdə bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq və həyata keçirilməsini təşkil etmək;
4. İşəgötürənə və işçilərə əməyin mühafizəsi üzrə məsləhətlər vermək;
5. İşçilərin əməyin mühafizəsinə dair təlimatlarını işləyib hazırlamaq və tətbiq etmək;
6. Yeni işə qəbul olunmuş işçilərə əməyin mühafizəsinə dair giriş təlimatı keçmək;
7. İşçilərə əməyin mühafizəsinə, texniki təhlükəsizliyə dair növbəti və növbədən kənar təlimat keçmək;
8. Təlimat jurnallarının imzalanmasına nəzarət etmək;
9. Əməyin mühafizəsinə dair illik tədbirlər planı hazırlamaq və razılaşdırmaq və icrasına nəzarət etmək;
10. İşçilərin əməyin mühafizəsinə dair bilik səviyyəsinin yoxlama protokollarının hazırlanmasına nəzarət etmək;
11. Daxili qrafikə uyğun, şirkətdə əməyin mühafizəsi və texniki təhlükəsizlik işinin vəziyyətini yoxlamaq;
12. Tələb olunan peşə sahiblərinə tibbi müayinələr təşkil etmək və nəzarət etmək;
13. Obyektin təmiri, ventilyasiya, işıqlandırma, yanğın təhlükəsizliyi və sanitar-məişət şəraitinin yaradılması layihələrinə nəzarət etmək;
14. İşçilərin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə nəzarət etmək;
15. Əməyin mühafizəsinə dair yazılı göstərişlər vermək və icrasına nəzarət etmək;
16. İşçilərin, əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi haqqında biliklərinin yoxlanması işinə nəzarət etmək;
17. İşçilərin şikayət və təkliflərinin qeydiyyatını aparmaq və tabe olduğu şəxsə təqdim etmək;
18. Gün ərzində şirkət binasına baxış keçirmək, əməyin mühafizəsi üzrə sənədlərlə tanış olmaq;
19. İşəgötürən və ya onun vəzifəli şəxsləri ilə razılaşmaqla əməyin mühafizəsi vəziyyətinin yoxlanılmasına müvafiq mütəxəssisləri cəlb etmək;
20. Rəhbərinin tapşırığı ilə əməyin mühafizəsi məsələləri müzakirə edilərkən dövlət orqanlarında və ictimai təşkilatlarda müəssisəni təmsil etmək;
21. Baş ofisdə, yeməkxanada sanitar gigiyena qaydalarına nəzarət etmək;
22. Aylıq və illik hesabatlar hazırlamaq və tabe olduğu şəxsə təqdim etmək.

 

Namizədə olan tələblər:

İş təcrübəsi: SƏTƏM üzrə 2 il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi;
Dil bilikləri: Azərbaycan dili: əla , Rus dili: orta , İngilis dili: orta;
Üstünlüklər: SƏTƏM üzrə müvafiq sertifikatların olması;
Kompüter bilikləri: MS Office: əla;
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, problem həlletmə, planlaşdırma.

İmtiyazlar:

  • Tibbi sığorta: Sizin və ailənizin sağlamlığınızı qorumaq üçün geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Ağır xəstəlikdən sığortalan;
  • Fərdi İnkişaf planı;
  • Parkinq imkanı.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Присоединяйся к нашей команде