942

Fərdi sığorta şöbəsi - Fərdi sığorta şöbəsinin müştəri meneceri

Fərdi sığorta şöbəsinin müştəri meneceri

Satış departamenti / Fərdi sığorta şöbəsi

Son müraciət tarixi: 22 yanvar 2025-ci il

Vəzifə Öhdəlikləri:
1. Cəmiyyətin gəlir büdcəsi ilə müəyyən olunmuş Fərdi satış planı üzrə sığorta haqlarının yığılmasını təmin etmək;
2. Cəmiyyətə yeni Fərdi müştərilərin cəlb olunmasını həyata keçirmək;
3. Mövcud Fərdi müştərilərlə əlaqələri genişləndirmək və uzunmüddətli əməkdaşlıq qurulmasına çalışmaq.
4. Mövcud Fərdi müştərilərlə sığorta müqavilələrinin yenilənməsini həyata keçirmək;
5. Debitorların ödənilməsini təmin etmək;
6. Cəmiyyətin mənafelərinin yüksək səviyyədə təmsil olunması üçün çalışmaq, öz vəzifələrini vaxtında, bacarıqla və lazımınca yerinə yetirmək
7. Cəmiyyətin müvafiq strukturlarına tələb olunan formada Şöbənin hesabatlarını təqdim etmək.

Namizədə olan tələblər:
İş təcrübəsi: Satış sahəsi üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur
Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili: əla, Rus dili: əla, İngilis dili: orta
Kompüter bilikləri: MS Office: orta
Üstünlüklər: Riyazi biliklərə və iqtisadi təhsil ixtisaslarına üstünlük veriləcəkdir

Fərdi keyfiyyət tələbləri:  Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq, təsir göstərmə, münasibət yaratma. 


İmtiyazlar:

  • Tibbi sığorta: Sizin və ailənizin sağlamlığınızı qorumaq üçün geniş sığorta paketləri
  • Korporativ Həyat Sığortası: Ağır xəstəlikdən sığortalan
  • Fərdi İnkişaf planı
  • Parkinq imkanı

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Присоединяйся к нашей команде