942

Marketinq mərkəzinin eksperti

Marketinq mərkəzinin eksperti

Marketinq mərkəzi

Son müraciət tarixi: 27 yanvar 2025-ciil

Vəzifə Öhdəlikləri:

  1. Marketinq Strategiyası və Planlaşdırma:
    Şirkətin məqsədlərinə uyğun marketinq strategiyalarının hazırlanması və tətbiqi.
    Rəqəmsal və ənənəvi marketinq kanalları üzrə kampaniyaların həyata keçirilməsi.
    Məhsul və xidmətlərin təbliği üçün kommunikasiya planlarının hazırlanması.
  2. Bazar Araşdırmaları və Rəqib Analizi:
    Müştəri ehtiyaclarını və bazar trendlərini müəyyən etmək üçün araşdırmaların aparılması.
    Rəqiblərin fəaliyyətlərinin monitorinqi və təhlili; bazardakı mövqeni gücləndirmək üçün təkliflərin hazırlanması.
    Hədəf auditoriyanın müəyyən edilməsi və detallı müştəri personalarının yaradılması.
  3. Məzmun Yaradılması və Lokallaşdırma:
    Sosial media, veb sayt, reklam broşürləri və e-poçt kampaniyaları üçün məzmunların yaradılması və ya lokallaşdırılması.

    Reklam materiallarının vizual və mətn baxımından brendə uyğun olması üçün dizayn komandası ilə əməkdaşlıq.
    Mətnlərin yerli qanunvericiliyə, etik qaydalara uyğun hazırlanması.
  4. Rəqəmsal Marketinq və Reklam:
    Sosial media hesablarının idarə olunması (Instagram, Facebook, LinkedIn və s.) və müştəri əlaqələrinin gücləndirilməsi.

    Google Ads, Meta Ads kimi rəqəmsal reklam kampaniyalarının planlaşdırılması və optimallaşdırılması.
    SEO/SEM strategiyalarının tətbiqi ilə veb saytın axtarış reytinqinin artırılması.
  5. Tədbirlərin Təşkili və Əlaqələr:
    Tərəfdaş tədbirləri, məhsul təqdimatları
    Yerli media orqanları, influencerlər və tədbir təşkilatçıları ilə əməkdaşlıq.

    Müştəri cəlbi və brend tanıtımı məqsədilə xüsusi aksiyaların keçirilməsi.
  6. Performans Ölçümü və Hesabat:
    Marketinq fəaliyyətlərinin nəticələrinin KPI-lar əsasında qiymətləndirilməsi (məsələn, dönüşüm faizi, müştəri əlaqəsi, ROI).

    Google Analytics, Meta Business Suite kimi analitik alətlərdən istifadə edərək hesabatların hazırlanması.

 

Namizədə olan tələblər:

İş təcrübəsi: Marketinq sahəsi üzrə 2 il iş təcrübəsi tələb olunur
Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi  
Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla, Rus dili: əla
Üstünlüklər: Marketinq, Reklam, Menecment ixtisaslar üzrə təhsil

Kompüter bilikləri: MS Office: əla
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və planlaşdırma

       İmtiyazlar:

  • Tibbi sığorta: Sizin və ailənizin sağlamlığınızı qorumaq üçün geniş sığorta paketləri
  • Korporativ Həyat Sığortası: Ağır xəstəlikdən sığortalan
  • Fərdi İnkişaf planı
  • Parkinq imkanı

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Присоединяйся к нашей команде