Anderraytinq və qiymətləndirmə departamenti, Qiymətləndirmə və portfel analizi
Qiymətləndirmə və portfel analizi şöbəsinin eksperti
Son müraciət tarixi : 30 noyabr 2025
Vəzifə Öhdəlikləri:
- Sığorta məhsulları üzrə tariflərin müəyyən edilməsi, baza tariflərin iqtisadi əsaslandırılması və qiymətqoyma metodologiyasının hazırlanması;
- Hesablamaların kalkulyatorların hazırlanması və yenilənməsi, həmçinin elektron sistemlərə inteqrasiya prosesində iştirak;
- Yeni sığorta məhsullarının hazırlanması və mövcud məhsulların təkmilləşdirilməsi prosesində iştirak;
- Sığorta məhsulları üzrə portfel və zərərlilik analizinin aparılması və təkliflərin verilməsi;
- Rəhbərliyin tapşırıqlarına uyğun xüsusi aktuari təhlil və hesablamaların aparılması;
- Digər şöbələrdən daxil olan sorğuların cavablandırılması;
- Təkrarsığorta üzrə şəxsi tutumun hesablanması və metodologiyanın inkişaf etdirilməsi;
- Bütün portfel üzrə katastrofik risklər üçün PML hesablamalarının aparılması;
- Şəhadətnamə formaları və əlaqəli sənədlərin hazırlanması və yenilənməsi;
- Məhsullar üzrə mükafatlandırma üçün metodologiyanın hazırlanması və adekvatlıq təhlillərinin aparılması;
- Müqavilələr üzrə hesablamaların monitorinq edilməsi, uyğunsuzluqların təhlili və aradan qaldırılması ilə bağlı tövsiyələrin verilməsi;
- Açıq risklərlə bağlı tədbirlər planının verilməsi və icrasının təmin edilməsi;
- Risk iştahası bəyannaməsində nəzərdə tutulan aktuari hesablamaların icrası və monitorinqi;
Namizədə olan tələblər:
İş təcrübəsi: Qiymətləndirmə və portfel analizi sahəsi üzrə 3 il iş təcrübəsi tələb olunur.
Təhsili: Tətbiqi riyaziyyat, İqtisadiyyat, Statistika, Riyaziyyat, Kompüter elmləri, Aktuar elmləri üzrə bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:orta
Kompüter bilikləri: MS Excel:əla , MS Office:əla
Fərdi keyfiyyət tələbləri:Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.
Üstünlüklər:
- Tətbiqi riyaziyyat, İqtisadiyyat, Statistika, Riyaziyyat, Aktuar üzrə magistr dərəcəsinin olması
- Aktuar lisenziyasının olması, Beynəlxalq və yerli aktuar imtahanlarından uğurla keçməsi, SQL, R və Python proqramlaşdırma biliklərin olması, MS Excel-VBA biliklərin olması
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.