942

Məhsul sahibi

Məhsulun inkişafı sahəsi

Məhsul sahibi

Son müraciət tarixi: 30 noyabr 2025
 

Vəzifə Öhdəlikləri:

• İnnovativ məhsulyaratma yanaşmaları əsasında bazarın tələbi və müştəri ehtiyaclarını davamlı təhlil etməklə yeni məhsul ideyalarını formalaşdırması;
• Müştəri ehtiyacları və problemlərinin həllinə yönəlik məhsulun dizaynı, hazırlanması, təqdim olunması və müştəri rəyləri əsasında təkmilləşdirməsi;
• Mövcud həyat sığortası məhsullarının dizaynında təkmilləşdirmələr aparmaqla yeni biznes fürsətləri tapması;
• Məhsulların müştərilərə çatdırılması üçün mövcud və alternativ satış kanallarını müəyyən etməsi, ilkin danışıqlar aparması və əməkdaşlığı təmin etməsi;
• Sığorta bazarında yenilikləri, fintech həllərini və know-how-ları izləməsi, təhlil etməsi və işdə effektiv tətbiqi imkanlarını müəyyən etməsi;
• Məhsul və proseslərin ilkin iqtisadi təhlilini aparması və biznes effektini müəyyən etməsi;
• Çalışdığı işçi qrupuna (SQUAD) işlərin siyahısını (backlog), əhəmiyyətini və prioritetlərini doğru şəkildə çatdırması və davamlı yeniləməsi;
• Məhsul və proseslər üzrə ideyaları, tələbləri və proqresi əsas tərəfdaşları ilə razılaşdırmaqla işçi qrupu ilə davamlı paylaşması və keyfiyyətli icrasını təmin etməsi;

 

Namizədə olan tələblər:

İş təcrübəsi: Məhsulun inkişafı sahəsi üzrə 2 il iş təcrübəsi tələb olunur.
Təhsili: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi tələb olunur.
Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:əla , Rus dili:orta

Kompüter bilikləri: MS Office:əla
Üstünlüklər: Məlumatları toplamaq və təhlil etmək, analitik düşünmək bacarığı; Sahibkar düşüncə tərzinə malik olmaq, işgüzarlıq göstərmək və görülən işlərin biznes effektini ölçmək bacarığı; Ünsiyyət qurmaq, inandırmaq, dinləmək və məlumatı düzgün təqdim etmək bacarığı; Proses və qaydaları təhlil edib təkmilləşdirmək bacarığı; İşdə səliqə və dəqiqliyi təmin etmək bacarığı.

Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.

 

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

 

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 

 

Присоединяйся к нашей команде