Data üzrə mühəndis
İT xidmətləri və dəstək departamenti, Məlumat bazası şöbəsi
Son müraciət tarixi : 04 dekabr 2025-ci il
Vəzifə Öhdəlikləri:
• SQL və Python dillərindən istifadə etməklə məlumatların emalı və transformasyası
• Məlumat axınlarının (ETL/ELT) yaradılması(Pentaho,SSIS və s), mövcud axınların monitor edilməsi,yaranmış problemlərin vaxtında analiz olunub aradan qaldırılması
• Orkestrasiya alətləri (Apache Airflow və s.) vasitəsilə məlumat axınlarının (ETL/ELT) avtomatlaşdırılmasının təmin edilməsi
• Böyük həcmli məlumat texnologiyaları (Apache Spark və s.) ilə məlumatların emalı, transformasiyası və inteqrasiyası üzrə praktiki təcrübə edilməsi
• Analitika və hesabatlılıq ehtiyaclarına uyğun məlumat anbarının inkişaf etdirilməsi, biznes tələnlərinə uyğun yeni modellərin yaradılması və optimallaşdırılması
• Məlumat axınlarının dayanıqlığını artırmaq üçün xəta aşkarlama, loglama və bildiriş mexanizmlərinin qurulması
• Məlumatların təsnifatı və təhlükəsizlik tələblərinə uyğun nəzarət mexanizmlərinin tətbiq edilməsi
• Kodun versiyalaşdırılması, davamlı inteqrasiya və deployment proseslərinin idarə olunması üçün GitLab və digər CI/CD alətlərindən istifadə edilməsi
Namizədə olan tələblər:
İş təcrübəsi: Data mühəndisliyi sahəsi üzrə 1 il iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası: İstənilən ixtisas üzrə ali təhsil tələb olunur
Dil bilikləri: Azərbaycan dili: əla , İngilis dili:orta
Üstünlüklər:
Kompüter bilikləri:
• Proqramlaşdırma dilləri: SQL (T-SQL, PL/pgSQL), Python (Pandas, PySpark)
• ETL/ELT və Orkestrasiya: Apache Airflow, Pentaho Data Integration,SSIS
• Böyük həcmli məlumat texnologiyaları: Apache Spark
• Verilənlər bazası sistemləri: Microsoft SQL Server, PostgreSQL
• Məlumat anbarı və OLAP: SQL Server Analysis Services (SSAS), DWH dizayn prinsipləri (ODS, Staging, DWH, OLAP qatları)
• Vizualizasiya və hesabatlıq: Power BI
• Versiya nəzarəti və CI/CD: GitLab
Biz nə təklif edirik:
• Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri
• Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü
• Fərdi inkişaf planı çərçivəsində təlim imkanları
• Ödənişsiz dayanacaq imkanının təmin olunması
• “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları
• İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Присоединяйся к нашей команде