942

Qeyri-maliyyə risklərinin idarə edilməsi şöbəsi - Qeyri maliyyə risklərinin idarə edilməsi şöbəsinin müdiri

Risklərin idarəedilməsi departamenti,Qeyri-maliyyə risklərinin idarə edilməsi şöbəsi

Qeyri maliyyə risklərinin idarə edilməsi şöbəsinin müdiri

Son müraciət tarixi : 13 noyabr 2025
 

Vəzifə Öhdəlikləri:

- Qeyri-maliyyə (əməliyyat, IT və s.) risklərin idarəedilməsi üzrə daxili alətlər/modellər yaratmaq, tətbiq etmək və təkmilləşdirmək;
- Cəmiyyətin fəaliyyəti nəticəsində yaranan riskləri aşkar etmək, qiymətləndirmək, nəzarət etmək və minimallaşdırmaq, monitorinqin effektiv aparılması üçün tədbirlər görmək;
- Cəmiyyətin strateji hədəflərinə uyğun əməliyyat riski iştahasının müəyyənləşdirilməsi ilə bağlı təkliflər vermək;
- Cəmiyyətin qəbul etdiyi məqbul risk səviyyələrinə əməl olunmasını nəzərdən keçirmək, kənarlaşmalar barədə məlumat vermək və onların aradan qaldırılması üzrə tədbirlər planı hazırlamaq;
- Cəmiyyətdə risk mədəniyyətinin formalaşmasında, qiymətləndirilməsində və bununla bağlı müvafiq proqramlarda iştirak etmək;
- Risklərin idarəedilməsi prosesinə adekvat və səmərəli nəzarət prosedurlarının müəyyən olunması və təkmilləşdirilməsinə dair təklifləri RİK-ə təqdim etmək;
- Aidiyyəti struktur bölmələrlə birgə illik qlobal həssaslıq (stress) testləri həyata keçirmək və gözlənilməz risklərin azaldılması ilə bağlı tədbirlər planının hazırlanmasında risk sahiblərinə dəstək göstərmək, biznesin təhlükəsizlik planı üzrə işlərə nəzarət etmək, təkliflər vermək;
- Qeyri-maliyyə (əməliyyat, IT və s.) risklərinin dinamikasını izləmək və daimi nəzarətdə saxlamaq, bununla bağlı hesabatların hazırlanması;
- Qeyri-maliyyə (əməliyyat, IT və s.) riskləri üzrə risk xəritəsini və hadisələrin məlumat bazasını yaratmaq və davamlı olaraq nəzarət etmək;
- Daxili insidentlər, itkilər, sistemdə dayanmalar haqqında struktur bölmələrdən məlumatlar toplamaq və onların səbəblərini araşdırmaq;
- Əsas risk indikatorlarını müəyyənləşdirmək, tətbiq etmək və onların təhlilini aparmaq.


Namizədə olan tələblər:

İş təcrübəsi: Risklərin idarəedilməsisahəsi üzrə 3-5 il iş təcrübəsi tələb olunur.
Təhsili: Maliyyə , Biznesin idarəedilməsi və ya digər əlaqəli sahə üzrə bakalavr dərəcəsi
Dil bilikləri: İngilis dili:əla
Üstünlüklər: GRC kimi alətlərdə təcrübə
Kompüter bilikləri: MS Office:əla
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, Müştəri yönümlülük, İnam yaratma, Komanda işi, Əməkdaşlıq, Keyfiyyət yönümlülük, Məlumat əldəetmə, Problem həlletmə

 

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

 

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Присоединяйся к нашей команде