942

Strategiya və araşdırmalar şöbəsi - Strategiya və araşdırmalar şöbəsinin eksperti

Verilənlər Bazası üzrə Administrator

İT xidmətləri və dəstək departamenti, Məlumat bazası şöbəsi

Son müraciət tarixi : 23 oktyabr  2025
 

Vəzifə Öhdəlikləri:

  • Məlumat bazası idarəetmə sistemlərinin (PostgreSQL, MS SQL Server) ehtiyat nüsxələrinin təşkilatın prosedurlarına uyğun saxlanılmasına nəzarət etmək, ehtiyac yarandığı halda köhnə ehtiyat nüsxələrin bərpasını və yoxlanılmasını təmin etmək;
  • Kritik məlumat bazası idarəetmə sistemlərində (PostgreSQL, MS SQL Server) dayanıqlılığın təmin edilməsi (High Availability), fəlakət bərpası (Disaster Recovery) ssenarilərinin hazırlanması və yoxlanılmasını təşkil etmək;
  • Məlumat bazası idarəetmə sistemlərində (PostgreSQL, MS SQL Server) açıq mənbə (open source) texnologiyalarından istifadə etməklə klasterizasiya və replikasiya proseslərinin avtomatlaşdırılmasını təmin etmək;
  • Məlumat bazası idarəetmə sistemlərində (PostgreSQL, MS SQL Server) istifadəçi tələbatlarının müəyyən edilməsinə, məlumatların rahat və sürətli əldə olunmasına (optimallaşdırılmasına), statistikanın və performansın saxlanılmasına nəzarət etmək;
  • Məlumat bazası idarəetmə sistemlərinin (PostgreSQL, MS SQL Server) mövcud gündəlik, həftəlik və aylıq texniki tapşırıqlarının (Job) icrasına nəzarət etmək, prosesləri avtomatlaşdırmaq və zərurət yarandığı halda yeni tapşırıqlar (Job) yaratmaq;
  • Məlumat bazası idarəetmə sistemlərinin (PostgreSQL, MS SQL Server) təhlükəsizliyini təmin etmək, birbaşa bazaya çıxışı olan istifadəçilərin səlahiyyətlərini tənzimləmək və məlumatların qorunmasını təmin etmək;
  • Məlumat bazası üzrə dəyişikliklərin idarə olunmasını (Change Management) həyata keçirmək;
  • Struktur üzrə bütün prosedur və qaydaların sənədləşdirilməsinə nəzarət etmək, kargüzarlığın düzgün təşkili;
  • Fəaliyyət zamanı aşkar olunan əməliyyat riski və ya insidentlər barədə əlaqədar strukturları məlumatlandırmaq.

 

Namizədə olan tələblər:

İş təcrübəsi: Məlumat bazası idarəetmə sistemləri (PostgreSQL, MS SQL Server) üzrə  3 il iş təcrübəsi tələb olunur.
Təhsili: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi tələb olunur.
Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:orta
Kompüter bilikləri: PostgreSQL:əla , MSSQL(T-SQL):əla

Üstünlüklər: Sahə üzrə beynəlxalq sertifikatların olması
Fərdi keyfiyyət tələbləri:
Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.



Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

 


*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 

 

Присоединяйся к нашей команде