Əməkdaşlarınızı ola biləcək risklərdən sığortalayıb,onların və ailələrinin gələcəyini müdafiə edin!
"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanun, Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslər, dövlət orqanlarına aiddir və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutur.
Sığorta təminatı aşağıdakı hallarda nəzərdə tutulub:
-İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində ölüm
-İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi
Öz biznesinizi və özünüzü əlavə xərclərdən sığortalamış olursunuz!
İşəgötürən üçün üstünlüyü:
- Bədbəxt hadisənin baş verməsi nəticəsində, maddi ödənişlərlə bağlı xərclərin olmaması
- İşçilərə kompensasiya verilməsi ilə bağlı şirkətin xərclərinin hesablanması
İşçilər üçün üstünlüyü:
- İşçinin və onun yaxınlarının bədbəxt hadisələrdən əhəmiyyətli maddi müdafiəsi
- Sığorta şirkətinin nümayəndələri tərəfindən tam məsləhət
Sığorta tarifi peşə riskinin dərəcəsindən və sığorta olunanların kateqoriyalarından asılı olaraq aşağıdakı kimi müəyyən edilir:
- Qulluqçular üçün (rəhbərlər, mütəxəssislər, texniki icraçılar - illik əmək haqqı fondunun 0.2-0.5%-i;
- Fəhlələr üçün illik əmək haqqı fondunun 0.4 - 2.0-i%;
- Aylıq sığorta ödənişi - sığorta olunanın peşə əmək qabiliyyətini müəyyən olunmuş müddətə qədər itirməsi nəticəsində orta aylıq əmək haqqı həcmində verilən pul təzminatıdır.