Sosial məsuliyyətinə önəm verən Paşa Həyat 2019-cu il Yeni il ərəfəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “KSM Azərbaycan” MMC tərəfindən təşkil olunan “Bir Tır Hədiyyə” aksiyasına qoşuldu. Dekabrın sonunadək davam edəcək layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqlara sevinc bəxş etmək, onların güclü fərd kimi formalaşmasına yardımçı olmaq, eləcə də cəmiyyətə sosial məsuliyyətin vacibliyi mesajını ötürməkdir.
Aksiya Bərdə, Tərtər və Goranboy rayonları üzrə keçirilərək həssas qruplara aid ailələrdən olan azı 400-dək uşağı əhatə edəcək. Layihə çərçivəsində aztəminatlı ailələrdən olan uşaqlara təlimlər keçiriləcək, hədiyyələr paylanılacaq. Artıq layihənin ilk mərhələsi Bərdə rayonunda baş tutub. Növbəti aksiya Goranboy şəhərində planlaşdırılır.