AZ
942
15 Fevral 2022

PAŞA Həyat Azərbaycanın mədəni irsinin qorunmasına öz töhfəsini verir

Korporativ sosial məsuliyyətin bir hissəsi olaraq PAŞA Həyat şirkəti Azərbaycan mədəni irsinin, adət-ənənələrinin, çoxsaylı abidələrinin beynəlxalq miqyasda tanıdılması və təbliği məqsədilə Mədəniyyət Nazirliyi və “IRS Publishing House”un 2013-cü ildən birgə həyata keçirdiyi “İrs” silsiləsi layihəsi çərçivəsində kitablar nəşri həyata keçirir.

16 dekabr 2019-cu il tarixində “JW Marriott Absheron” otelində PAŞA Həyat Sığorta şirkətinin dəstəyi ilə “Gəncə - Nizami yurdu”, “Qədim və gözəl Qarabağ” və “Azərbaycan inciləri” adlı kitablarının təqdimatı keçirilib.

"Azərbaycan inciləri” kitabı Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanım Əliyevanın dəstəyi ilə xüsusi olaraq UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası üçün fransız və ingilis dillərində hazırlanıb.