AZ
942
18 İyun 2020

Rəsmi sponsoru olduğumuz "Sumqayıt" FK Avropa Liqasında debüt edəcək!

Şirkətin davamlı sosial dəstəyi çərçivəsində 2011-ci ildən etibarən PAŞA Həyat şirkəti tərəfindən “Sumqayıt” futbol klubunun rəsmi sponsorluğu davam edir.

Qeyd edək ki, 18 iyun 2020-ci il tarixində AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib. “Sumqayıt” FK ilk dəfədir ki, Avro liqalara vəsiqə qazanıb. 2011-ci ildən etibarən “Sumqayıt” futbol klubunun rəsmi sponsoru olan “PAŞA Həyat” şirkəti bu uğurla qürur duyur, sosial məsuliyyəti çərçivəsində Azərbaycan adını zirvələrə qaldırmaq uğrunda çalışanlara dəstəyini davam edəcəyini bildirir.