Pandemiyanın iqtisadiyyata zərər vurduğu bir dövrdə biznesin davamlılığını təmin etmək məqsədilə hər bir əməkdaş texniki avadanlıqlarla tam şəkildə təmin edilərək distant və növbəli iş rejimləri yaradılıb. İş saatları 09:00-dan 18:00-dək olmaqla dəyişməz olaraq qalır.
Mövcud sistemlərin distant iş rejimində tam funksionallıqla faəliyyət göstərməsi məqsədilə zəruri tədbirlər görülüb. Təhlükəsizliyinin təmin olunması məqsədilə müntəzəm olaraq profilaktik müayinələr həyata keçirilir, ofisdə müntəzəm olaraq dezinfeksiya və təmizlik işləri aparılır, ofisdə fiziki olaraq fəaliyyət göstərən əməkdaşlar karantin rejiminin tələblərinə uyğun şəkildə fəaliyyət göstərirlər.