AZ
942
02 Avqust 2022

“PAŞA Həyat” 2022-ci il üzrə II rübün sonuna olan maliyyə nəticələrini açıqladı

“PAŞA Həyat” 2022-ci il üzrə 2-ci rübün sonuna olan maliyyə nəticələrini ictimaiyyətə açıqlayıb.

İkinci rübün sonuna PAŞA Həyat 57.8 milyon AZN dəyərində olan ümumi kapital həcmi ilə ölkənin lider həyat sığortası şirkəti mövqeyini qorumağa davam edir. Cəmi aktivlərin həcmi isə 495 milyon manat təşkil edib.

“PAŞA Həyat” bütün məhsullar üzrə müştərilərinə 69.3 milyon manat sığorta ödənişləri həyata keçirib. Burada iki əsas məhsullar üzrə müştərilərə edilən sığorta ödənişləri belədir: “Həyatın Yaşam sığortası” üzrə 67.6 milyon manat, “İcbari Həyat sığortası” üzrə isə 1 milyon manat.

Qeyd olunan dövr üzrə yığılmış sığorta haqları 195.5 milyon manat təşkil edib ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 31% çoxdur.

Nəticədə audit olunmamış ilkin göstəricilərə əsasən PAŞA Həyat birinci yarımili 12.6 milyon manat cəmi məcmu gəlirlə başa vurub.

Şirkətin strateji planlamasına uyğun olaraq bütün məhsullar üzrə avtomatizasiya və maksimum rəqəmsallaşma işləri gedir, məqsəd müştərilərə daha əlçatan məhsul təqdim etməklə onları məmnun etməkdir. Şirkət artıq mobil tətbiqin hazırlanması üzrə işlərə başlayıb.

Mövcud dövrdə seçim əlbəttə ki, etibarlı və dayanıqlı həyat sığorta şirkətinə düşməlidir. İstənilən durumda sizin vəsaitiniz əminliklə qorunmalı və sizə gəlir gətirməlidir. Bunun üçün PAŞA Həyat ən doğru seçimdir.