AZ
942
22 Aprel 2026

"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq proqramına start verir

"PAŞA Həyat", sübutlara əsaslanan tibbi yanaşma və longevity (uzunömürlülük) elmi prinsipləri ilə çalışan premium wellness kurortu "Chenot Palace Gabala" ilə tərəfdaşlıq proqramına start verir.

Artıq “Həyatın Yaşam Sığortası” müştəriləri yığımlarını dünya səviyyəli sağlamlıq proqramlarına yönləndirə və əlavə imtiyazlardan faydalana bilərlər.


Sağlamlıq — sərmayədir

Adətən yığımlarımızı “gələcək üçün” saxlayırıq.
Amma həmin gələcəyin bir hissəsini artıq bu gün sağlamlığınız üçün istifadə etmək də mümkündür.

"Həyatın Yaşam Sığortası" yalnız maliyyə təminatı deyil. Bu, həyat keyfiyyətiniz üçün işləyə bilən bir alətdir.
Məhz bu yanaşma ilə "Chenot Palace Gabala" ilə əməkdaşlıq həyata keçirilir.

Müqaviləsinin müddəti yaxın 12 ayda bitən "Həyatın Yaşam Sığortası" müştəriləri yığımlarının bir hissəsini Chenot proqramlarının ödənişinə yönləndirə bilərlər.
Beləliklə, cari büdcənizə toxunmadan sağlamlığınıza yatırım etmək imkanı yaranır.

İsveçrə mənşəli "Chenot" brendi — beynəlxalq tibbi wellness kurortlar şəbəkəsidir. Burada proqramlar diaqnostika, fərdi yanaşma və elmi əsaslı metodlar üzərində qurulur.
Əsas məqsəd yalnız bərpa deyil, həm də yaşlanmanın qarşısının alınması (anti-age), enerjinin artırılması və ümumi həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır.


"Həyatın Yaşam Sığortası" müştəriləri üçün xüsusi imtiyazlar

Bu proqram çərçivəsində aşağıdakı üstünlüklər təqdim olunur:


Mövcud proqramlar

(6 gecə / 5 gün, ƏDV 18% daxil)

Əgər "Həyatın Yaşam Sığortası" müqavilənizin müddəti yaxın 12 ay ərzində başa çatırsa və bu imkan sizi maraqlandırırsa, 942 qısa nömrəsinə zəng edin.