AZ
942
22 Mart 2020

PAŞA Həyat Koronavirusla mübarizəyə vəsait ayırıb

PAŞA Həyat şirkəti korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100.000 manat vəsait ayırıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli fərmanı əsasında dünyanı bürüyən bu xəstəliyin ölkəmizdə yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.