17 dekabr tarixində PAŞA Həyat "NETTY2022" Azərbaycanın Milli internet mükafatının 17-ci mükafatlandırma mərasimində "Maliyyə və Banklar" kategoriyası üzrə "İlin ən yaxşı veb-saytı" nominasiyası üzrə qalib oldu.
Qeyd edək ki, NETTY Azərbaycan Milli İnternet Mükafatı ümumdünya internet şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.
2004-cü ildən keçirilən NETTY hər il Azərbaycanın ən yaxşı internet saytlarını, tətbiqlərini, sosial resurslarını müəyyənləşdirir və mükafatlandırır.