AZ
942
16 Mart 2023

PAŞA Həyat və MEDİA tərəfindən media nümayəndələri üçün təlim təşkil olunub

“Həyat sığortası nədir?” mövzusunda keçirilən təlimin əsas məqsədi jurnalistlərin sahə üzrə biliklərinin artırılması, həmçinin media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin media vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.

Novruz bayramı ərəfəsində təşkil olunan təlimdə PAŞA Həyat şirkətinin Korporativ Kommunikasiya şöbəsinin müdiri Vəli Məmmədov, Marketinq Mərkəzinin rəhbəri Ruslan Ələkbərov, Anderraytinq və Qiymətləndirmə departamentinin direktoru Bəhruz Hacıyev və Risklərin idarəedilməsi departamentinin direktoru Şahin Mahmudzadə iştirak ediblər.

Bundan əlavə, media nümayəndələri üçün “PAŞA Həyat” şirkətinin baş ofisinə infotur da təşkil olunub.