• (012) 942

  • office@pasha-life.az

  • 09:00 - 18:00

  • I-V gün

100 qat sığorta

İcbari sığorta

  • Sığorta haqlarının ödənilməsi üçün neçə gün möhlət verilir?
    • Sığorta haqqı və ya onun müəyyən edilmiş hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər.

       

  • Ödəniş almaq üçün bədbəxt hadisə nə hesab olunur?
    • İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə istehsalat prosesində baş verən və “İstehsalatda bədbəxt hadisə haqqında akt”la və ya məhkəmənin müvafiq qərarına əsasən bədbəxt hadisə kimi təsdiq edilən hadisə 

  • Sığorta məbləği necə hesablanır?
    • İşçinin bir illik əmək haqqı fondu 1,15-ə (əmsal Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının Q-10 nömrəli qərarına əsasən müəyyən edilmişdir https://goo.gl/mFdrsF ) və işçinin yaşına uyğun müəyyən edilən əmsala vurulur.
      Mis.: 1000 Azn x 12 aya= 12000 Azn 
                12000 Azn x 1.15 = 13800 Azn
                13800 Azn x 11.98284 (35 yaşlı şəxs üçün müəəyən edilən əmsal) = 165363.2 Azn

  • İcbari sığorta üzrə təminat hansı hallarda xarici ölkələrdə qüvvədə olur?
    • İşçi ezamiyyətdə olduğu zaman.

  • Sığorta hadisəsi baş verərsə, sığorta ödənişi neçə gün ərzində həyata keçirilir?
    • Sığorta ödənişini almaq üçün sığorta tələbi və müvafiq sənədlərin təqdim edildiyi tarixdən 10 iş günü ərzində (sığorta olunan öldükdə isə 2 iş günü ərzində) sığortaçı sığorta ödənişinin verilib-verilməməsi barədə qərar çıxarır və bu barədə faydalanan şəxsə rəsmi məlumat verir.

  • Sığorta hadisəsi baş verərsə, hansı sənədləri təqdim etmək lazımdır?
    • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.11.2010-cı il tarixli 196 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi üçün müəyyən edilmiş siyahı”dakı sənədlər sığortaçıya təqdim olunmalıdır.

  • Sığorta haqqı necə hesablanır?
    • Sığorta haqqı sığorta olunanın bir illik əmək haqqı fondunun (aylıq əmək haqqının 12 misli) sığorta tarifinə hasili əsasında müəyyən edilir.
      Məs.: Oteldə ofisiantın (xidmət sektoru, 1-ci risk dərəcəsi, fəhlə kateqoriyası üçün tarif – 0,4%) sığorta haqqını hesablamaq üçün: 
      600 AZN (aylıq əmək haqqı) x 12 aya = 7200 AZN
      7200 AZN (illik əmək haqqı fondu) x 0,4%= 28,8 AZN illik sığorta haqqı.
      Məs.2: Neftqaztikinti Trestində şöbə rəisinin (neft hasilatı, 14-cü risk dərəcəsi, qulluqçu kateqoriyası üçün tarif – 0,5%) sığorta haqqını hesablamaq üçün:
      1500 AZN (aylıq əmək haqqı) x 12 aya = 18000 AZN
       18000 AZN (illik əmək haqqı fondu) x 0,5% = 90 AZN sığorta haqqı

       

  • Ödəniş almaq üçün bədbəxt hadisə nə hesab olunur?
    • İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə istehsalat prosesində baş verən və “İstehsalatda bədbəxt hadisə haqqında akt”la və ya məhkəmənin müvafiq qərarına əsasən bədbəxt hadisə kimi təsdiq edilən hadisə 



Yığım investisiyası

  • Sistem necə işləyir?
    • Siz rəsmi gəlirinizdən aylıq müəyyən miqdar sığorta şirkətinə ödəyərək həm həyatınızı sığortaladırsınız, həm də ödədiyiniz bu məbləğə görə vergi və investisiya gəliri əldə edirsiniz.



Kredit həyat sığortası

  • Sığorta haqqı nə qədərdir?
    • Sığorta şirkətinin tarifləri əsasında hesablanır və birdəfəlik ödənilir 

  • Sığorta ödənişinin məbləği?
    • -Ölüm

      Müqavilənin qüvvədə olduğu müddətdə Sığorta olunanın vəfat etməsi nəticəsində həmin müddət ərzində ssuda üzrə borcun qalığı həcmində

      -Bədbəxt hadisə nəticəsində sığortalının ümumi əmək qabiliyyətini daimi tam itirməsi

      Müqavilənin qüvvədə olduğu müddətdə Sığorta olunanın əmək qabiliyyətinin daimi tam itirməsi nəticəsində həmin müddət ərzində ssuda üzrə borcun qalığı həcmində



Həyata bağlan

  • Niyə “Həyata Bağlan” məhsulunu almalıyam?
    • - Kritik xəstəliyə tutulduqda ən yaxşı müalicəni etdirə bilmək üçün

      -  İri həcmli müalicə xərcləri tələb olunduğu hallarda belə ailənizin maddi çətinliklərlə üzləşməməsi üçün

      - İllərdir böyük əziyyətlə ailənizin gələcəyi üçün topladığınız pulları xəstəliyə sərf etməmək üçün

  • "Həyata Bağlan" məhsulunun qiyməti?
    • 30 yaşınız varsa ildə cəmi 144 AZN ödəməklə 30,000 AZN təminat əldə edə bilirsiniz. Üstəlik, bu məbləği hissəvi ödəmək imkanları da mövcuddur.



Ailəmin PAŞA Güvənliyi

  • “Ailəmin PAŞA Güvənliyi” (APG) nədir?
    • APG fərdi həyat sığortası məhsuludur, yalnız fiziki şəxslər üçün nəzərdə tutulub

  • Neçə manatla təminata qoşula bilərəm?
    • Bu sizin yaşınıza və sağlamlığınızla bağlı vəziyyətə görə dəyişə bilər. Lakin, cəmi 20 AZN aylıq sığorta haqqı ödəməklə siz hər ay 533 AZN məbləğində istənilən səbəbdən ölüm və ya əlilliklə bağlı təminat əldə edə bilərsiniz. 

  • Hadisə baş versə, ailəm sığorta məbləğini necə alacaq?
    • Sığorta hadisəsini təsdiq edən sənəd təqdim edildikdən sonra ailəniz sizin özünüzün əvvəlcədən müəyyənləşdirdiyiniz qaydaya uyğun ödəniş alacaq.

      Sizin isə 2 seçiminiz var:

      1.Ailəniz bütün məbləği birdəfəlik alır, misal 55 000 AZN. 

      2.60 ay müddətində hər ay 1000 AZN müavinət formasında ödəyirik 

  • Hər ay pulu necə ödəyəcəm?
    • İstənilən Accessbank, Kapitalbank və ya Bank of Baku filialına və şöbələrinə yaxınlaşaraq ödəyə bilərsiniz. Həmçinin www.pasha-life.az saytına daxil olaraq “Online Əməliyyatlar” bölməsindən plastik kart vasitəsilə ödəniş edə bilərsiniz.



Digər