• (012) 942

  • office@pasha-life.az

  • 09:00 - 18:00

  • I-V gün

Bİz kİmİk ?

ŞİRKƏT HAQQINDA

“PAŞA Holding” şirkətlər qrupuna daxil olan “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 24.11.2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14.02.2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası sahəsi üzrə xidmətlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.

Təsis olunduğu zaman “PAŞA Həyat Sığorta” ASC-nin nizamnamə kapitalı 7.000.000 (yeddi milyon) AZN təşkil edirdisə, fəaliyyətinin ilk 3 ilinin nəticəsi olaraq Cəmiyyətin nizamnamə kapitalı 5,75 dəfə artırılaraq, hazırda 40.250.000 (qırx milyon iki yüz əlli min) manata çatdırılmışdır.

“PAŞA Həyat Sığorta” ASC dinamik inkişaf edən universal həyat sığortası şirkəti olaraq hazırda Azərbaycan Respublikasının Sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş həyat sığortası siniflərinə aid olan bütün növ məhsulları müştərilərinə təqdim edir.

“PAŞA Həyat Sığorta” ASC İcbari Sığorta Bürosunun iştirakçısıdır.

“PAŞA Həyat Sığorta” ASC İcbari Sığorta Bürosunun iştirakçısıdır

Şirkətimizin bir sıra göstəriciləri

147
Ödənişlər (mln. AZN)
53
Bazar payı %
163
Aktivlər (mln. AZN)
150
Əməkdaşlar

BİZİ FƏQRLƏNDİRƏN AMİLLƏR

BİZİ NİYƏ SEÇMƏLİSİNİZ

Bazar lideri

Sağlam maliyyə durumu

Geniş çeşidli sığorta məhsulları

Sərfəli məhsul şərtləri

Keyfiyyətli müştəri xidməti

Sığorta ödənişlərinin tam vaxtında icrası

PAŞA Həyat

Hesabatlar

Şirkətin hesabatlarını qeyd edilən illər üzrə yükləyə bilərsiniz

BİZİM MÜKAFATLAR

PAŞA Həyat

Customer Relationship Excellence Azerbaijan

“PAŞA Həyat” Böyük Britaniyanın nüfuzlu şirkəti “Luxury Lifestyle” tərəfindən 2016 cı il üçün “Customer Relationship Excellence Azerbaijan” nominasiyası üzrə mükafatlandırılıb

PAŞA Həyat

“Milli irs”

 

“PAŞA Həyat” Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Milli irs” mükafatı ilə mükafatlandırılıb

PAŞA Həyat

Ən yaxşı müştəri münasibətləri

 

“PAŞA Həyat” “FIAR 2016 - Beynəlxalq Sığorta və Təkrarsığorta Forumu”nda “Ən yaxşı müştəri münasibətləri ” xüsusi beynəlxalq mükafata layiq görülüb. 

Karyera

BİZƏ QOŞUL

“PAŞA Həyat Sığorta” ASC-də mövcud və potensial insan resurslarına verilən dəyər ön planda tutulmaqla strateji məqsədlərə xidmət edən, yerli qanunvericiliyin və beynəlxalq təcrübənin tələblərinə tam cavab verən insan resursları idarəçiliyi tətbiq edilməkdədir.
Yüksək dəyərlərə malik olan “PAŞA Həyat” ailəsinin hər bir fərdi özü, digər komanda yoldaşları və təmsil etdiyi qurum üçün ən uğurlu nəticəni əldə etmək məqsədilə peşəkarlıqlarını və fərdi göstəricilərini daima inkişaf etdirməkdədir.

“PAŞA Həyat Sığorta” ASC-də işə qəbul, yeni işçilərin adaptasiyası, xidməti fəaliyyətin qiymətləndirilməsi, işçilərin təlim və inkişafı, maddi və qeyri-maddi motivasiya proqramları, müxtəlif ictimai maarifləndirmə tədbirləri məhz bu peşəkar inkişafa dəstək verməklə ümumi strateji məqsədlərə xidmət etməkdədir. Zəhmət olmasa, CV-nizi  cv@pasha-life.az ünvanına göndərin.

PAŞA Həyat

Mövcud vakansiyalar
  • İnvestisiya şöbəsi - Mütəxəssis

      Struktur bölmə: Strategiya və investisiya departamenti - İnvestisiya şöbəsi
      Vəzifə: Mütəxəssis
      Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
      Son müraciət tarixi: 23 sentyabr 2018-ci il
      Tələb olunan işçi sayı: 1 (bir)
      İş saatları (iş rejimi): 09:00 – 18:00

      Vəzifənin öhdəlikləri

      1. Şirkətin depozit portfelini və portfelin öhdəliklərə uyğunluğunu təhlil etmək;
      2. Depozit yerləşdirilən bankların hesabatlarını mütəmadi təhlil etmək və bankla bağlı kredit riskini daxili metodologiyaya uyğun hesablamaq;
      3. Sığorta ehtiyatlarının strukturunu (müddət, valyuta və s.) təhlil etmək və aktivlərin uyğunluğunu müqayisə etmək;
      4. Şirkətin digər struktur bölmə və orqanlarının sorğusuna əsasən investisiyalar üzrə təhlillər hazırlamaq.


      Namizədə olan tələblər:

      İş təcrübəsi: Bankın hesabatlıq (Prudensial və Maliyyə) sahəsində və ya bankların fəaliyyətinin təhlili sahəsində 2 il iş təcrübəsi tələb olunur.

      Təhsili/ixtisası: Ali – (Maliyyə, Mühasibatlıq və iqtisadi təhsil ixtisaslarına üstünlük verilir).

      Dil bilikləri: Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərində yaxşı səviyyədə bilməlidir.

      Üstünlüklər: Riyaziyyat, məntiq və statistika üzrə biliklər.

      Kompüter bilikləri: Böyük məlumat bazaları ilə işləmək bacarığı;Excel proqramından yüksək səviyyədə istifadə, məntiqi düsturları qurmaq bacarığı;Outlook proqramından orta istifadə, korporativ yazışma prinsipləri ilə tanışlıq; Word və PowerPoint proqramlarından orta səviyyədə istifadə bacarıqları.

      Fərdi keyfiyyət tələbləri: Aktiv dinləmə, dərin analitik düşünmə, problemlərin operativ həll edilməsi və işin keyfiyyətli icra olunması.


      İmtiyazlar
      Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

      Vakansiya üçün müraciət qaydası CV-lər “İnvestisiya-mütəxəssis” mövzusu ilə cv@pasha-life.az elektron ünvanına göndərilməlidir. 

      *Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • İdarə Heyəti sədrinin assisenti

      Vəzifə: İdarə Heyəti sədrinin assisenti
      Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
      Son müraciət tarixi: 24 sentyabr 2018-ci il
      Tələb olunan işçi sayı:
      İş saatları (iş rejimi): 09:00 – 18:00

      Vəzifənin öhdəlikləri

      1. İclas protokollarının tərtibi, görüşlərin və danışıqların gedişatı ilə bağlı qeydlər və əlaqədar sənədlərin hazırlanmasını həyata keçirmək;
      2. İdarə Heyəti sədrini görüşlərdə müşaiyət etmək;
      3. Sədrə gələn müraciətlər barəsində mütəmadi olaraq onu məlumatlandırmaq;
      4. İdarə Heyəti sədrinin effektiv iş şəraiti üçün texniki təminatını təşkil etmək (nəqliyyat vasitəsinin təşkili, görüşlərin, danışıqların təyini, səfərlərin təşkili ilə bağlı zəruri işlər və s);
      5. İdarə Heyətinin sədrinin imzasına təqdim edilən sənədləri qəbul etmək, onların düzgün tərtibatına, razılaşdırılmasına  nəzarət etmək və imzaya təqdim etmək;
      6. İdarə Heyəti sədrinin iş gününü planlaşdırrmaq (görüşlər, zənglər, qonaqların qəbulu və s);
      7. İdarə Heyətinin üzvləri olmadığı vaxta zəngləri qəbul etmək və onları məlumatlandırmaq;
      8. İdarə Heyətinin üzvləri tərəfindən imzalanacaq sənədləri toplamaq;
      9. İdarə Heyətinin sədri tərəfindən təyin edilən iclasların keçirilməsini  təşkil etmək (zəruri materiallar toplamaq, iştirakçılara görüş vaxtının təyin etmək, görüş yeri və məzmunu haqqında məlumatın vermək);
      10. İdarə Heyətinin üzvləri tərəfindən verilən sənədlərin və sifarişlərin icrasını nəzarətdə saxlamaq, onların vaxtında və düzgün icrası üçün tədbirlər görmək;
      11. İdarə Heyətinin üzvləri üçün işçilərdən tələb olunan məlumatları toplamaq və rəhbərin tapşırığı ilə onlarla görüş təyin etmək;
      12. Rəhbərin göstərişi ilə məktublar və digər tələb olunan sənədləri tərtib etmək, məktublara cavab yazmaq.
      13. İdarə Heyəti sədrinin göstərişi ilə digər aidiyyəti tapşırıqları yerinə yetirmək;
      14. İdarə Heyəti sədrinə hesabat vermək.


      Namizədə olan tələblər:

      İş təcrübəsi: Qeyd edilən sahə üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur.

      Təhsili/ixtisası: İstənilən ixtisas üzrə ali təhsil tələb olunur.

      Kompüter bilikləri: MS Office.

      Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilməlidir.

      Üstünlüklər: İqtisadi ixtisaslar və menecment ixtisası üzrə ali təhsilə üstünlük verilir.

      Fərdi keyfiyyət tələbləri: Məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə; danışıqlar aparmaq bacarığı; ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı; yazı qabiliyyəti; konfliktlərin/stresin idarə edilməsi; etibarlılıq; komanda ilə işləyə bilmək; aktiv öyrənmə bacarığı (Özünütəkmilləşdirmə); məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı); təşəbbüskarlıq və yenilikçilik bacarığı.


      İmtiyazlar
      Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

      Vakansiya üçün müraciət qaydası CV-lər “Personal assistent” mövzusu ilə  cv@pasha-life.az  elektron ünvanına göndərilməlidir. 

      *Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.