Ülviyyə Cabbarova 2008-ci ildən PAŞA Sığorta şirkətində müxtəlif rəhbər vəzifələrdə çalışaraq, 2012-ci ildən etibarən şirkətin Baş İcraçı Direktoru kimi fəaliyyət göstərib. O, həmçinin 2023-cü ildən etibarən Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri vəzifəsini icra edir.
Tibb üzrə ali təhsilə malik olan Ülviyyə Cabbarova, Stanford Graduate School of Business (ABŞ), INSEAD (Fransa) kimi nüfuzlu ali təhsil müəssisələrində liderlik proqramlarını bitirib.
Rotasiya nəticəsində Ülviyyə Cabbarova 11 iyun 2025-ci il tarixdən “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.