AZ
942

İdarə Heyəti

Niyaz Rövşən oğlu İsmayılov

Niyaz Rövşən oğlu İsmayılov

İdarə Heyəti

Niyaz İsmayılov ali təhsilini 2003-cü ildə Bakı Dövlət Universitetinin İqtisadi kibernetika fakültəsində bakalavr, 2005-ci ildə isə magistr pilləsi üzrə başa vurub. 2013-cü ildə ABŞ-ın “Harvard Business School” nəzdində “High Potentials Leadership” proqramını, Böyük Britaniyanın “London Business School” nəzdində “Executing Strategy for Result” və “Leading Change and Growth” proqramlarını bitirmişdir.

2006-cı ilin sentyabr ayından “PAŞA Sığorta” ASC-də anderraytinq üzrə mütəxəssis işləyib, 2009-2010-cu illərdə həmin şirkətdə anderraytinq və təkrarsığorta üzrə müdir vəzifələrinədək yüksəlib.

N.İsmayılov 2010-cu ilin dekabr ayından “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə, 2016-cı ilin yanvar ayında isə İdarə Heyəti sədrinin I müavini vəzifəsinə təyin olunub.

N.İsmayılov 2017-ci il 28 fevral tarixindən “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədridir.