Fərid Abdullayev 2007-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fakultəsi üzrə Vergi işinin təşkili və idarəedilməsi ixtisası üzrə bakalavr və 2011-2013-cü illərdə Biznesin İdarəedilməsi ixtisası üzrə magistr təhsili alıb. 2015-ci ildə DSNX tərəfindən təşkil edilmiş məsul aktuari imtahanını müvəffəqiyyətlə keçib.
O əmək fəaliyyətinə 2011-ci ildən “Paşa Həyat Sığorta” şirkətində başlayıb və burada anderraytinq üzrə mütəxəssis, aktuariat üzrə mütəxəssis və baş mütəxəssis, məsul aktuari, aktuariat şöbəsinin müdir müavini, baş risk inzibatçısı kimi vəzifələrdə çalışıb.
2019-cu ilin oktyabr ayından etibarən İdarə Heyətinin üzvü - Baş risk inzibatçısı vəzifəsinə təyin edilib.