Dilara Babayeva maliyyə sektorunda 10 illik iş təcrübəsinə malikdir, Azərbaycan Dövlət İqtisad Universitenin Ümumi iqtisadiyyat fakültəsini Mühasibat uçotu və audit ixtisası üzrə bitirib. 2006-cı ildən müxtəlif sahələrdə şöbə mühasibi, baş mühasib vəzifələrində işləyib, 2008-ci ildən “PAŞA Sığorta” ASC-də mühasib-mütəxəssis vəzifəsində çalışıb.
D.Babayeva 2010-cu ilin dekabr ayından “PAŞA Həyat Sığorta” ASC-nin baş mühasibi vəzifəsinə, daha sonra 2011-ci ilin fevral ayından həmin şirkətdə İdarə Heyətinin üzvü vəzifəsinə, 2016-cı ilin yanvar ayında İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub. 2018-ci ilin yanvar ayından İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı vəzifəsini icra edir.