İstedadların cəlbi və Əməkdaşlarla münasibətlərin tənzimlənməsi şöbəsinin baş mütəxəssisi
İnsan resursları və korporativ kommunikasiya departamenti
Son müraciət tarixi: 29 iyun 2025
Vəzifə Öhdəlikləri:
- Funksional rəhbərlərlə yaxından çalışaraq əvvəldən sonadək işə qəbul prosesini icra etmək;
- Biznes funksiyalarında işə qəbul ehtiyaclarını öncədən planlamaq;
- Səmərəli kanallardan istifadə etməklə istedadların axtarışını həyata keçirmək, istedadları müəyyən etmək və onları şirkətə cəlb etmək;
- İşə götürmə metriklərini diqqətlə izləmək və təhlil etmək;
- İşə götürən brendinin gücləndirilməsi məqsədilə müvafiq töhfələr vermək;
- İşə qəbul və namizədlərin seçilməsi prosesinin təşkilati ehtiyaclar, işə qəbul planı, personal büdcəsi, şirkət siyasət və prosedurlarına uyğunluğunu təmin etmək;
- Karyera günləri və işə qəbul ilə əlaqədar digər tədbirlərdə şirkəti təmsil etmək və bu tipli tədbirləri təşkil etmək;
Namizədə olan tələblər:
• İş təcrübəsi: Talantların cəlb olunması rolunda ən azı 3 (üç) il iş təcrübəsi
• Təhsili/ixtisası: İR sahəsində təhsil, təlim və beynəlxalq dərəcəli sertifikatlar arzu olunandır
• Xarici dil bilikləri: İngilis dili və rus dili: yüksək səviyyədə
• Üstünlüklər: SHRM, HRCI beynəlxalq serfitikatlarının olması
• Kompüter bilikləri: MS Office: əla
• Mütəxəssis və rəhbər rolları da daxil olmaqla, müxtəlif səviyyələrdə işə qəbul təcrübəsi Səriştə yönümlü müsahibələrın aparılmasında bilik və bacarıq mütləqdir
• İşə qəbul metriklərini bilmək və təcrübəli olmaq
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
*Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.