942

Mühasibatlıq şöbəsi - Mühasibatlıq şöbəsinin kiçik mütəxəssis - mühasibi

Mühasibatlıq şöbəsinin kiçik mütəxəssisi– mühasib

Maliyyə departamenti
 

Son müraciət tarixi: 26 iyun 2025-ci il

 

Vəzifə Öhdəlikləri:

  • Müxtəlif sığorta növləri üzrə sığorta haqlarının mühasibatlıq sistemində düzgün əks olunmasını təmin etmək;
  • Müxtəlif şöbələr, banklar və digər şirkətlər tərəfindən gələn sorğuları araşdırmaq və cavablandırmaq;
  • Banklarda olan cari, depozit, kart hesablarının çıxarışlarını toplamaq və məlumatları mühasibatlıq proqramına daxil etmək;
  • Bank çıxarışlarını və alt sənədlərini toplamaq;
  • Sənədlərin düzgün arxivləşdirilməsinə məsul olmaq;
  • Aylıq və illik bağlanış proseslərində iştirak etmək, mühasibatlıq uçotlarında uyğunlaşmanı təmin etmək;
  • Əsassız ödənişlər və debitorların siyahısının düzgünlüyünü nəzarətdə saxlamaq;
  • Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirmək;
  • Müəssisən fəaliyyətinə uyğun hər növ ödəniş tapşırığının hazırlanması və icrasına nəzarət;
  • Daxili və xarici auditlər zamanı tələb olunan sənədləri və izahatları təqdim etmək;
  • Vergi, sığorta və maliyyə uçotu ilə bağlı dəyişiklikləri izləmək və onların icrasında dəstək göstərmək;
  • Mühasibatlıq şöbəsi daxilində həyata keçirilən layihələrdə əməkdaşlıq etmək və tapşırıqları yerinə yetirmək;
  • İdarəetmə və ya tənzimləyici qurumlara təqdim olunan hesabatların hazırlanmasında iştirak etmək;
  • Mühasibatlıq proseslərinin təkmilləşdirilməsi və avtomatlaşdırılması istiqamətində təkliflər vermək və prosesləri müşahidə etmək.


 

Namizədə olan tələblər:
 

  • İş təcrübəsi: Maliyyə/mühasibatlıq üzrə ən azı 6 ay iş təcrübəsi;
  • Təhsil: Maliyyə, Mühasibatlıq və İqtisadiyyat üzrə bakalavr dərəcəsi;
  • Dil bilikləri: Azərbaycan və ingilis dillərində sərbəst danışmaq və yazışma aparmaq bacarığı, rus dili arzuolunandır;
  • Kompüter bilikləri: MS Office proqramlarını yüksək səviyyədə bilmək;
  • Üstünlüklər:Sığorta sahəsində iş təcrübəsi, ACCA sertifikasiyasının olması.

     

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları


*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Bizimlə birlikdə işləmək istəyirsinizsə