Data mərkəzi, Data elmi və analitika bölməsi
Data Analitik
Son müraciət tarixi: 30.05.2025
Vəzifə Öhdəlikləri:
- Müvafiq sığorta məhsulları üzrə data analitikasının aparılması ilə bağlı beynəlxalq praktikanın araşdırılması və praktikaya əsaslanaraq qərar qəbul edilmə yönümlü təkliflərin verilməsi;
- Şirkətdə əməkdaşların data analiz qabiliyyətlərinin inkişaf etdirilməsində iştirak;
- Statistik yanaşmaların analitikaya tətbiqi və machine learning modellərini qurulması istiqamətində dataların hazırlanması;
- Fəaliyyət sahəsi üzrə data hesabatlarının və dashboard-ların hazırlanması;
- Məhsul və satış squad-larından gələn gündəlik data ehtiyacı ilə bağlı sorğuların icrasının həyata keçirilməsi, satış üzrə lidlərin təhlil edilməsi;
- Şirkətin müəyyən olunmuş biznes strategiyasına müvafiq olaraq Tədbirlər Planının tərtib edilməsi və həyata keçirilməsində iştirak;
- Büdcələmə prosesində iştirak;
- Əməliyyat planının tərtibi və icrasına nəzarət;
- Fəaliyyəti zamanı əməliyyat riski və ya insident aşkar etdikdə, müvafiq daxili normativ sənədlə müəyyən edilmiş qaydada və müddətdə bu barədə əlaqəli strukturun məlumatlandırılmasını təmin etmək.
Namizədə olan tələblər:
- İş təcrübəsi:Data analitika sahəsi üzrə 1 il iş təcrübəsi tələb olunur;
- Təhsil: İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Data və ya Kompüter elmləri ixtisasları üzrə bakalavr dərəcəsi;
- Xarici dil bilikləri: İngilis dili: əla, Rus dili: orta;
- Kompüter bilikləri: MSSQL(T-SQL): əla/yaxşı, Python (analitik – statistik istiqamətdə): əla/yaxşı, MS Excel: yaxşı;
Biz nə təklif edirik:
- Tibbi sığorta: Sizin və ailənizin sağlamlığınızı qorumaq üçün geniş sığorta paketi;
- Korporativ Həyat Sığortası: kritik xəstəliklərdən sığortalan;
- Peşəkar inkişaf və təlim imkanları;
- Dinamik və innovativ iş mühiti;
- Parkinq imkanı
📌Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.