942

- Seçim - - Komplayens departamentinin mütəxəssisi

Komplayens departamentinin mütəxəssisi

Son müraciət tarixi:  02 aprel 2025-ci il

Vəzifə Öhdəlikləri:

• Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə üzrə qanunvericiliyə əsasən müştərilərin uyğunluğu tədbirlərinin aparılmasını təmin etmək;
• Şübhəli əməliyyatların müəyyən edilməsi və müvafiq səlahiyyətli dövlət orqanına
hesabatların verilməsini təmin etmək və digər əməkdaşlar tərəfindən verilən hesabatların keyfiyyətinə nəzarət etmək;
• Risk kateqoriyaları üzrə müştərilərin və əməliyyatların bölgüsünü aparmaq və kateqoriyalar üzrə nəzarət tədbirlərinin həyata keçirilməsini təmin etmək;
• Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyə əsasən tələb olunan daxili normativ sənədlərin hazırlanmasını və vaxtaşırı yenilənməsini təmin etmək;
• Davamlı və dövri monitorinqlərin həyata keçirilməsini təmin etmək və keyfiyyətinə nəzarət etmək;
• Həyata keçirilmiş əməliyyatlara (əqdlərə) dair məlumat və sənədlərin təqdim olunması
barədə MMX-nın sorğularının cavablandırılmasını təmin etmək
• ƏL/TTM üzrə rəhbərliyə rüblük hesabatlar hazrılamaq;
• Cəmiyyətin maraqların toqquşması ilə bağlı normativ sənədlərinin tələblərinə riayət
edilməsinə nəzarət etmək;
• Aidiyyəti şəxslərlə bağlı əməliyyatların qanunvericiliyə əsasən tənzimlənməsini izləmək;
• FATCA/CRS üzrə tələblərə riayət edilməsinə nəzarət etmək və müvafiq hesabatların
hazırlanıb səlahiyyətli orqana təqdim edilməsini təmin etmək.


Namizədə olan tələblər:
İş təcrübəsi: Komplayens sahəsi üzrə 1 il iş təcrübəsi tələb olunur
Təhsili/ixtisası: İqtisadiyyat və idarəetmə, Hüquq, Riaziyyat və kibernetika, Maliyyə ixtisasları üzrə bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla, Rus dili: orta
Üstünlüklər: Komplayens, ƏL/TMM sahəsində təcrübə, CAMS sertifikatın olması

Kompüter bilikləri: MS Office: əla, MS Outlook: əla, MS Excel: əla, MS Word: əla, MS PowerPoint: əla

İmtiyazlar:

  • Tibbi sığorta: Sizin və ailənizin sağlamlığınızı qorumaq üçün geniş sığorta paketləri
  • Korporativ Həyat Sığortası: Ağır xəstəliklərdən sizi təminat altına alan sığorta növü
  • Fərdi İnkişaf planı
  • Parkinq imkanı
  • Push 30

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizimlə birlikdə işləmək istəyirsinizsə