942

- Seçim - - Komplayens departamentinin mütəxəssis-hüquqşünası

Komplayens departamentinin mütəxəssisi-hüquqşünası

Son müraciət tarixi:  03 aprel 2025-ci il

Vəzifə Öhdəlikləri:

  • Qanuvericiliyinə edilən əlavə və dəyişiklikləri mütəmadi olaraq izləmək, Şirkətin aidiyyəti strukturlarını həmin dəyişikliklərlə tanış edilməsində iştirak etmək;
  • Şirkətin struktur bölmələri, habelə filial və nümayəndəlikləri tərəfindən qanunvericiliyin tələblərinə, o cümlədən Şirkətim müvafiq daxili sənədlərində müəyyən edilmiş daxili prosedurlara uyğun fəaliyyətin həyata keçirilməsinə nəzarət edilməsində və bununla bağlı yoxlamaların aparılmasında iştirak etmək;
  • İkinci və üçüncü müdafiə xətti və digər kənar təşkilatlar tərəfindən aşkar edilmiş uyğunsuzluqların həlli üzrə tədbirlər planının icrasına nəzarət edilməsində iştirak etmək;
  • Biznes proseslərinin monitorinqi prosesində iştirak etmək, monitorinq nəticələri üzrə tədbirlər planının izlənilməsi prosesində iştirak etmək və icranı təmin etmək;
  • Qanunvericiliklə tələb olunan bütün siyasət və qaydaların inventarizasiyasının aparılmasında və bu siyasət və qaydalarda tələb olunan məlumatların düzgün şəkildə əks etdirilməsinin yoxlanılmasında iştirak etmək;
  • Sığortaçının əməkdaşları üçün komplayens riskləri ilə əlaqədar təlim proqramının hazırlanması üçün zəruri məlumatları toplamaq, dəstəkləyici vəsaitləri hazırlamaq;
  • Sığortaçının fəaliyyəti ilə bağlı vətəndaş müraciətlərinin monitorinqinin aparılmasında iştirak etmək;
  • İdarəetmə orqanları tərəfindən qəbul edilən qərarların icrasının yoxlanılmasında iştirak etmək;
  • Şirkətin fəaliyyətində meydana çıxan hüquqi məsələlərlə bağlı hüquqi rəy və qiymətləndirməni hazırlamaq;
  • Mərkəzi Bank və ya başqa təşkilatlara göndərilən, qanunvericiliyin tələbləri və ya başqa hüquqi məsələlərlə əlaqədar uyğunsuzluqlar barədə sorğular hazırlamaq və ya rəy vermək;
  • Biznes proseslərin qanunvericilikdəki dəyişikliklərə uyğunlaşdırılması üzrə icra planının hazırlanmasını təmin etmək, icra planının vəziyyətinə nəzarət etmək və aidiyyati strukturlar tərəfindən verilən icra planının tətbiq edilməsini izləmək;
  • Mərkəzi Bank və digər qurumlardan layihə şəklində daxil olan qanun və digər normativ hüquqi aktlarla bağlı təkliflər hazırlamaq, rəy vermək;
  • Sığorta qaydalarının hazırlanması prosesində iştirak etmək;
  • Xarici kontragentlərlə ikiqat vergitutma məsələlərində rəylər vermək;
  • Xüsusi komplayens indikatorlarına nəzarət edilməsində iştirak etmək;
  • Risk sağlamlıq indeksi üzrə Komplayens risklərinin əhatə olunduğu metriklərin izlənilməsində iştirak etmək və bütün metriklər üzrə nəticələrin yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsində iştirak etmək;
  • Hesabatların hazırlanmasında iştirak etmək
     

Namizədə olan tələblər:
İş təcrübəsi: Komplayens, hüquq və audit sahələri üzrə 1 il iş təcrübəsi tələb olunur
Təhsili/ixtisası: Hüquq ixtisası üzrə bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla, Rus dili: orta
Üstünlüklər: Komplayens və maliyyə sahəsində təcrübə, beynəlxalq sertifikatların olması

Kompüter bilikləri: MS Office: əla

İmtiyazlar:

  • Tibbi sığorta: Sizin və ailənizin sağlamlığınızı qorumaq üçün geniş sığorta paketləri
  • Korporativ Həyat Sığortası: Ağır xəstəliklərdən sizi təminat altına alan sığorta növü
  • Fərdi İnkişaf planı
  • Parkinq imkanı
  • Push 30

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizimlə birlikdə işləmək istəyirsinizsə