Təşkilatı və model risklərin idarə edilməsi şöbəsinin müdiri
Risklərin idarəedilməsi departamenti
Son müraciət tarixi: 31 mart 2025
Vəzifə Öhdəlikləri:
1. Təşkilati (ERM) və model riskləri üzrə alətlərin, siyasət və qaydaların icrasına nəzarət edir, risklər üzərində hesabatlılıq və monitorinqin effektiv aparılması üçün tədbirlər görür;
2. Təşkilati və model risklər üzrə hesabatlar hazırlayır;
3. Təşkilati və model risklər üzrə daxili alətləri/modelləri yaradır və daim təkmilləşdirir;
4. Risklərin idarəedilməsi strategiyasını, risk yaradan daxili və kənar səbəbləri əks etdirən risk indikatorlarını hazırlayır, tətbiq edir, onların təhlilini aparır, mütəmadi olaraq nəzərdən keçirir və hesabatlığını nəzarətdə saxlayır;
5. Təşkilati və model risklərin idarəedilməsi prosesinə adekvat və səmərəli nəzarət prosedurlarının müəyyən olunması və təkmilləşdirilməsinə dair təkliflər hazırlayır;
6. Model və ya alət kimi kəmiyyət metodlarının təsnifatı, model dərəcəsinin müəyyən edilməsi, model risk səviyyəsinin monitorinqi, Cəmiyyətin daxili sənədlərinə uyğun olaraq modelin tərtibatı və modifikasiyasının əsaslandırılmasının qiymətləndirilməsi, model riski üzrə hazırlanmasında iştirak edir;
7. Şirkətin daxili modellərini müəyyənləşdirilməsi, planlaşdırılması və planlaşdırmaya dəyişikliklər edilməsində iştirak edir, modellərin inventarlaşdırılmasını həyata keçirir, model tərtibatı sənədinin və validasiya hesabatının təsdiqə təqdim edilməsini təmin edir;
8. Validasiyası nəzərdə tutulan modellərin prioritetləşdirilməsi və validasiya resurslarının bölüşdürülməsini ehtiva edən proseslər üzrə qərarın verilməsi üçün Model Risklərinin İdarəedilməsi Panelinə müraciət edir;
9. Modellərin ilkin və tam validasiyasını aparmaqla kəmiyyət və keyfiyyət modellərinin tərtibatı, yoxlanılması, uyğunlaşdırılması, qəbulu, tətbiqi proseslərində uyğusuzluqları müəyyən edir, habelə bu uyğunsuzluqların modellərin keyfiyyətinə və proqnozlaşdırılmasının dəqiqliyinə təsirini qiymətləndirir;
10. Modellərin tərtibatı və onun tətbiqi üzrə sənədlərin tamlığına nəzarət edir, modelləşdirmə metodologiyalarının və üsullarının həyata keçirilməsinin düzgün olub-olmadığını yoxlayır, ehtiyac olduqda mövcud modellərin yenidən qurulması (dəyişdirilməsi) üzrə təkliflər verir;
Namizədə olan tələblər:
İş təcrübəsi: Risk sahəsi üzrə ən azı 3 il iş təcrübəsi
Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili: əla; İngilis dili: əla
Üstünlüklər:
Kompüter bilikləri: MS Office: orta
İmtiyazlar:
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.