942

Data elmi və analitika bölməsi - Aparıcı Data Analitik

Data mərkəzi, Data elmi və analitika bölməsi
Aparıcı Data Analitik

Son müraciət tarixi: 24 fevral 2025

Vəzifə Öhdəlikləri:

  • Müvafiq sığorta məhsulları üzrə data analitikasının aparılması ilə bağlı beynəlxalq praktikanın araşdırılması və praktikaya əsaslanaraq qərar qəbul edilmə yönümlü təkliflərin verilməsi;
  • Şirkətdə əməkdaşların data analiz qabiliyyətlərinin inkişaf etdirilməsində iştirak;
  • Statistik yanaşmaların analitikaya tətbiqi və machine learning modellərini qurulması istiqamətində dataların hazırlanması;
  • Fəaliyyət sahəsi üzrə data hesabatlarının və dashboard-ların hazırlanması;
  • Məhsul və satış squad-larından gələn gündəlik data ehtiyacı ilə bağlı sorğuların icrasının həyata keçirilməsi, satış üzrə lidlərin təhlil edilməsi;
  • Şirkətin müəyyən olunmuş biznes strategiyasına müvafiq olaraq Tədbirlər Planının tərtib edilməsi və həyata keçirilməsində iştirak;
  • Büdcələmə prosesində iştirak;
  • Əməliyyat planının tərtibi və icrasına nəzarət;
  • Fəaliyyəti zamanı əməliyyat riski və ya insident aşkar etdikdə, müvafiq daxili normativ sənədlə müəyyən edilmiş qaydada və müddətdə bu barədə əlaqəli strukturun məlumatlandırılmasını təmin etmək.

Namizədə olan tələblər:

İş təcrübəsi: Data analitika sahəsi üzrə 2 və daha çox il iş təcrübəsi tələb olunur;

Təhsili/ixtisası: İqtisadiyyat, Maliyyə, Menecment, İT, Riyaziyyat, Data elmləri ixtisasları üzrə bakalavr dərəcəsi;

Dil bilikləri: Azərbaycan dili: əla , İngilis dili: əla;

Texniki bilikləri: MSSQL(T-SQL): əla/yaxşı, Python (analitik – statistik istiqamətdə):əla/yaxşı, MS Excel: yaxşı;

Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, məlumat əldəetmə, problem həlletmə.

İmtiyazlar:

  • Sizin və ailənizin sağlamlığını qorumaq üçün tibbi sığorta paketləri
  • Korporativ həyat sığortası / sağalmaz xəstəliklərə təminat
  • Parkinq
  • Fərdi inkişaf planları

* Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.


 

Bizimlə birlikdə işləmək istəyirsinizsə