942

İnformasiya təhlükəsizliyi departamentinin kiber analitika üzrə kiçik mütəxəssisi

İnformasiya təhlükəsizliyi departamenti
İnformasiya təhlükəsizliyi departamentinin kiber analitika üzrə kiçik mütəxəssisi

 

Vəzifə Öhdəlikləri:

1. SIEM və digər alətlərdən istifadə edərək təhlükəsizlik siqnallarını və hadisələrini real vaxtda izləmək;
2. Şirkətin Cloud, Auditor, EDR (endpoint detection and response), UEBA (user and entity behavior analytics), sistemlərini mühafizə etmək, informasiya təhlükəsizliyi tədbirlərini yerinə yetirmək, AD ( Active Directory) sisteminin qrup siyasətini (Group Policy) monitorinq etmək, DLP (data leak prevention) sistemində toplanan loqların analitikasını aparmaq;
3. İzləmə alətlərinin düzgün işlədiyindən əmin olmaq üçün rutin yoxlamalar aparmaq;
4. Təhlükəsizlik insidentlərini və görülmüş tədbirləri detallı şəkildə sənədləşdirmək və hesabat hazırlamaq;
5. İnformasiya sistemlərinə daxil olma icazələrə nəzarət etmək (tənzimləmə);
6. Təhdid kəşfiyyatını (Threat Intelligence) inteqrasiya edərək aşkarlama və cavab tədbirlərini təkmilləşdirmək;
7. Cəmiyyətin elektron poçt-kommunikasiya vasitələrinin və korporativ şəbəkənin işinin təhlükəsizliyinə nəzarət etmək;
8. Fəaliyyəti zamanı əməliyyat riski və ya insident aşkar etdikdə, müvafiq daxili normativ sənədlə müəyyən edilmiş qaydada və müddətdə bu barədə əlaqəli strukturun məlumatlandırılmasını təmin etmək.
9. İnformasiya təhlükəsizliyinin təmin olunması üzrə üsul və vasitələr müəyyənləşdirilməsində iştirak etmək;
10. Üçüncü tərəf təchizatçıların təhlükəsizliyini qiymətləndirməsi;
11. Şirkətə aid olan informasiyanın konfidensiallığını, eləcə də onun işçi personala çıxışının təşkilinə nəzarəti həyata keçirmək, kommersiya və xidməti sirrlərin yayılmasının və mümkün itkilərin qarşısını almaq üçün analitika etmək;



Namizədə olan tələblər:

İş təcrübəsi: Tələb olunmur;
Təhsili/ixtisası: İnformasiya texnologiyaları və İnformasiya təhlükəsizliyi sahələri üzrə bakalavr dərəcəsi;
Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: orta, Rus dili: orta
Üstünlüklər: İnformasiya texnologiyaları və İnformasiya təhlükəsizliyi sahələri üzrə təcrübəli namizədlərə üstünlük veriləcəkdir.
Kompüter bilikləri: MS Office: orta;
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, dəyişikliklərə uyğunlaşma.

İmtiyazlar

  • Sizin və ailənizin sağlamlığını qorumaq üçün tibbi sığorta paketləri
  • Korporativ həyat sığortası / sağalmaz xəstəliklərə təminat
  • Parkinq
  • Fərdi inkişaf planları

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizimlə birlikdə işləmək istəyirsinizsə