942

UX/UI bölməsi - UX/UI dizayner

UX/UI dizayner

Marketinq mərkəzi, UX/UI bölməsi

Son müraciət tarixi: 12 noyabr 2024

Vəzifə Öhdəlikləri:

1. Şirkətin, onun filial (bölmə) və nümayəndəliklərinin işinin avtomatlaşdırılmış və gələcək üçün planlaşdırılmış proqram təminatlarının dizayn modellərinin hazırlanması;
2. Proqram təminatının hazırlanması üçün texniki təsvirlərə və rəhbərin təlimatlarına əsasən UX və Uİ işlərinin təkmilləşdirilməsi;
3. Yeni informasiya texnologiyalarının tətbiqi nəzərə alınaraq Desktop, table və mobil formatları üçün Wireframe və dizayn çəkilməsi;
4. Şirkətin digər struktur bölmələrinin dizayn sifarişlərini vaxtında və lazımi səviyyədə icra etmək;
5. Şirkətin internet səhifəsinin yenidən təkmilləşdirilməsi və effektli dizayn formatlarının hazırlanması;
6. DATA driven (DATA-ya əsaslanan) dizaynlarının hazırlanması;
7. UX-Uİ üzrə araşdırmalarının aparılması,istifadəçi araşdırmalarının aparılması və maraqlı tərəflər, “Persona” və “Empathy Map” hazırlanması;
8. Müştərilərlə görüş edərək onlardan insight-ların alınması, müsahibələrin keçirilməsi, sorğuların hazırlanması və istifadəçi testlərinin aparılması;
9. Bazarda rəqabətqabiliyyətli məhsulların təhlilinin aparılması;
“Customer Journey Map” istifadə edərək məhsulun müştəriləri hal-hazırdakı narahat edən nöqtələrini müəyyən edilməsi;
10. Məhsul üzrə İnformasiya arxitekturasının hazırlanması;
11. Məhsul və ya funksionallığın “clickable” prototipinin yaradılması;
12. “Usability Testing”-lərin keçirilməsi və nəticələrin analizi olunub, hesabatın hazırlanması;
İstifadəçi interfeys dizaynlarının hazırlanması (Web, Android, IOS)
13. UI prototiplərini hazırlanması və müştəri ehtiyaclarını, tələblərini müəyyən etmək üçün istifadəçilərlə görüşlərinin keçirilməsi və testlərin aparılması
14. Dizayn sistemlərinin hazırlanması və UI kitdən istifadə

Namizədə olan tələblər:

İş təcrübəsi: UX/UI dizayner kimi ən azı 1 il iş təcrübəsi tələb olunur

Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi 

Dil bilikləri: Azərbaycan dili: əla, ingilis dili: orta

Kompüter bilikləri: Figma:əla

Üstünlüklər: 

Agile yanaşma barədə ilkin biliklər, Adobe Photoshop, Adobe Illustrator, Notion, Azure bilikləri olanlara üstünlük kimi hesab olunacaq

Fərdi keyfiyyət tələbləri: 

Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, dəyişikliklərə uyğunlaşma

İmtiyazlar
Könüllü tibbisığorta: 3 aysonraişçinin özününvə öhdəliyindəkiailə üzvlərininkönüllü tibbisığortası
 

*Yalnızilkinseçimtələblərinə cavabverənnamizədlərlə əlaqə saxlanılacaqdır.

 

Bizimlə birlikdə işləmək istəyirsinizsə