Fərdi sığorta şöbəsinin müştəri meneceri
Satış departamenti / Fərdi sığorta şöbəsi
Son müraciət tarixi: 13 noyabr 2024-cü il
Vəzifə Öhdəlikləri:
1. Cəmiyyətin gəlir büdcəsi ilə müəyyən olunmuş Fərdi satış planı üzrə sığorta haqlarının yığılmasını təmin etmək;
2. Cəmiyyətə yeni Fərdi müştərilərin cəlb olunmasını həyata keçirmək;
3. Mövcud Fərdi müştərilərlə əlaqələri genişləndirmək və uzunmüddətli əməkdaşlıq qurulmasına çalışmaq.
4. Mövcud Fərdi müştərilərlə sığorta müqavilələrinin yenilənməsini həyata keçirmək;
5. Debitorların ödənilməsini təmin etmək;
6. Cəmiyyətin mənafelərinin yüksək səviyyədə təmsil olunması üçün çalışmaq, öz vəzifələrini vaxtında, bacarıqla və lazımınca yerinə yetirmək
7. Cəmiyyətin müvafiq strukturlarına tələb olunan formada Şöbənin hesabatlarını təqdim etmək.
Namizədə olan tələblər:
İş təcrübəsi: Satış sahəsi üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur
Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili: əla, Rus dili: əla, İngilis dili: orta
Kompüter bilikləri: MS Office: orta
Üstünlüklər: Riyazi biliklərə və iqtisadi təhsil ixtisaslarına üstünlük veriləcəkdir
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq, təsir göstərmə, münasibət yaratma.
İmtiyazlar
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.