942

Məhsul sahibi

Məhsul sahibi
Rəqəmsal sahə

Son müraciət tarixi: 24 sentyabr 2024

 

Vəzifə Öhdəlikləri:

Daxili sistemlərin rəqəmsallaşması üçün məhsulun vizyonunun formalaşması və yol xəritəsinin hazırlanması;

Məsul olduğu biznes sahəsi üzrə hədəf, məqsəd və işlər siyahısının Şirkətin strateji hədəflərinə, gözləntilərinə və təşəbbüslərinə uyğunluğunun təmin edilməsi və komanda üzvləri ilə paylaşılması;

Məsul olduğu biznes istiqamətlərində biznes proseslərin həm xarici, həm də daxili müştərilərin tələblərinə uyğunluğunun təmin edilməsi;

Məsul olduğu biznes istiqamətlərində dünya təcrübəsi, uğurlu nümunələr və innovativ həllərin tətbiqinin sınanması;

Agile prinsiplərinə uyğun olaraq komanda üzvləri və maraqlı tərəflərlə qarşılıqlı faydalı və şəffaf əməkdaşlığın və effektiv fəaliyyətin təmin edilməsi;

Sahənin Rüblük Biznes Hesabatının (Quarterly Business Review) hazırlanmasını təmin etmək;
Rəqəmsal məhsullar üzrə məhsulun backlog-un yaradılması və prioritetləşdirilməsi


Namizədə olan tələblər:

İş təcrübəsi: Maliyyə, İnvestisiya, Marketing, Satış və ya Strategiya sahələri üzrə 2 il iş təcrübəsi tələb olunur. 

Təhsili/ixtisası: Maliyyə, İqtisadiyyat və idarəetmə, İT, Riyaziyyat və Kibernetika ixtisasları üzrə bakalavr dərəcəsi tələb olunur. 

Dil bilikləri: Azərbaycan dili: əla, Rus dili: orta, İngilis dili: əla      

Üstünlüklər: Rəqəmsal transformasiya və ERP sistemlərin inteqrasiyası üzrə təcrübə; Agile və ya dizayn thinking üzrə təcrübəyə və biliklərə sahib olmaq.

Kompüter bilikləri: MS Office: əla

Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və planlaşdırma

 

İmtiyazlar
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası


*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizimlə birlikdə işləmək istəyirsinizsə