AZ
942

Qiymətləndirmə və portfel analizi - Qiymətləndirmə və portfel analizi şöbəsinin mütəxəssisi

Struktur bölmə: Anderraytinq və qiymətləndirmə departamenti,Qiymətləndirmə və portfel analizi şöbəsi
Vəzifə: Qiymətləndirmə və portfel analizi şöbəsinin mütəxəssisi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00

Son müraciət tarixi: 04 dekabr 2022-ci il.

Vəzifə Öhdəlikləri:
1. Müvafiq sığorta məhsulları üzrə Cəmiyyətin tariflərinin müəyyən edilməsi, sığorta və təkrarsığorta üzrə baza tariflərinin formalaşdırılması və iqtisadi əsaslandırılmasının metodologiyasının işlənib hazırlanması;
2. Zərərlilik əmsalının hesablanmasının həyata keçirilməsi və idarə edilməsi sahəsində təkliflər hazırlanması;
3. Şöbədaxili riskləri müəyyən etmək, qiymətləndirmək və aradan qaldırmaq;
4. Sığortaçının könüllü sığorta sinifləri üzrə sığorta qaydalarındakı şərtlərin iqtisadi əsaslandırılmasının metodologiyasının işlənib hazırlanması;
5. Həyatın yığım sığortası müqavilələri üzrə sığortaolunanlara verilən borcların son həddinin müəyyən olunması sahəsində təkliflərin verilməsi;
6. Müxtəlif sığorta məhsulları üzrə qiymətlərin və hesablamaların elektron sistemə inteqrasiya olunması və təkmilləşdirilməsi prosesində iştirak etmək;
7. Partnyor banklara və digər təşkilatlara qiymət təklifini təqdim etmək;
8. Təkrarsığorta üzrə şəxsi tutumun müəyyən edilməsi üzrə təkliflərin verilməsi;
9. Müxtəlif sığorta məhsulları üzrə kalkulyatorların yaradılması və yenilənməsi;
10. Müvafiq sığorta məhsulları üzrə xitam prosesinin işlənib hazırlanması və sistemə inteqrasiyasının təmin olunması.

Namizədə olan tələblər:
İş təcrübəsi:  Aktuar, data analitika və ya sığorta sektorunda 1 ilədək iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası: Riyaziyyat, Tətbiqi riyaziyyat (Kompüter Elmləri), İqtisadiyyat, Statistika, Aktuar ixtisasları üzrə balakavr dərəcəsi.
Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:orta.
Üstünlüklər: Aktuar lisenziyasının olması, beynəlxalq və ya yerli aktuar imtahanlarından uğurla keçməsi; MS Office Excel-VBA, SQL və Python proqramlaşdırma bilikləri; Magistr dərəcəsinin olması; Rus dili biliklərinin orta səviyyədə olması.
Kompüter bilikləri: MS Word: əla , MS Excel: yaxşı , MS PowerPoint: əla.
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, problem həlletmə.


İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizimlə birlikdə işləmək istəyirsinizsə