AZ
942

İnformasiya sistemlərinin təminatı şöbəsi - IT administrator

Struktur bölmə: İnformasiya texnologiyaları departamenti,İnformasiya sistemlərinin təminatı şöbəsi
Vəzifə: İnformasiya sistemlərinin təminatı şöbəsinin sistem inzibatçısı
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00

Son müraciət tarixi: 27 noyabr 2022-ci il.

Vəzifə Öhdəlikləri:
- Şirkətin serverlərinin və servislərinin quraşdırılması, idarə edilməsi və sazlanması, monitorinq edilməsi, yenilənməsi, mühafizə edilməsi, sistemlərin bərpa edilməsi, fasiləsiz işləməsini və dayanaqlılığının təmin edilməsi üçün bütün problemlərin aşkar edilməsi və aradan qaldırılması;
- İnformasiya texnologiyaları siyasətinin həyata keçirilməsinin təmin edilməsi;
- İnformasiya texnologiyaları siyasətinə uyğun prosedurların yazılması və dəyişikliklərin sənədləşdirilməsi;
- İnformasiya texnologiyaları infrastrukturunun inkişafı və texniki cəhətdən modernləşdirilməsi istiqamətində işlərin görülməsi;
- Şirkətin bütün struktur bölmələrindən gələn texniki sorğulara dəstək göstərilməsi;
- Şirkətin əməkdaşlarının öz iş fəaliyyətlərində informasiya texnologiyalarından istifadə, onların bu sahədə bilik və bacarıqlarının artırılması işinin təşkil edilməsi;
- Zəruri avadanlıqların və müxtəlif proqram məhsullarının istifadəsi və istismarı üzrə müntəzəm şəkildə treninqlərin təşkil edilməsi və həyata keçirilməsi;
- İstifadədə olan soft lisenziyalarının araşdırılması və daimi nəzarətdə saxlanılmasını icra edilməsi.

Namizədə olan tələblər:
İş təcrübəsi: İnformasiya texnologiyaları üzrə 2-3 il iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası:İstənilən ixtisas üzrə bakalavr dərəcəsi.
Dil bilikləri: Azərbaycan dili:əla, İngilis dili:orta, Rus dili:orta.

Kompyuter bilikləri:

MS Windows Server ƏS üzrə iş təcrübəsi;
ADDS, DNS, DHCP, GPO və s. sistemləri üzrə iş təcrübəsi;
Exchange mail sistemi üzrə iş təcrübəsi;
WSFC, NPS, IIS, Sharepoint sistemləri üzrə iş təcrübəsi;
Storage sistemləri üzrə iş təcrübəsi;
Virtuallaşma sistemləri üzrə iş təcrübəsi;
Veeam B&R yedəklənmə sistemləri üzrə iş təcrübəsi;
TCP/IP networking (subnets, firewall rules və s.) anlayışı.

Üstünlüklər:
• Windows Server Core edition üzrə iş təcrübəsi;
• Azure AD admin center və Microsoft 365 admin center sistemləri üzrə iş təcrübəsi
• Powershell üzrə iş təcrübəsi
• Linux sistemləri üzrə biliklərin olması;
• Windows server versiyalarında və/və ya Azure texnologiyalarında Microsoft sertifikatların olunması


Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, dəyişikliklərə uyğunlaşma.

İmtiyazlar
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizimlə birlikdə işləmək istəyirsinizsə