AZ
942

Biznes proseslərinin idarəedilməsi şöbəsi - Biznes proseslərinin idarəedilməsi şöbəsinin mütəxəssisi

Struktur bölmə: Biznes proseslərinin idarəedilməsi şöbəsi
Vəzifə: Biznes proseslərinin idarəedilməsi şöbəsinin mütəxəssisi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00

Son müraciət tarixi: 04 oktyabr 2022-ci il

zifə Öhdəlikləri:
1. Yeni biznes proseslərin tətbiqi üçün müvafiq tələblərin müəyyənləşdirilməsində iştirak etmək;
2. Biznes proseslərin avtomatlaşdırılması üçün texniki tapşırıqlar hazırlamaq;
3. Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlər görmək, biznes proseslərin monitorinqini keçirmək;
4. Biznes proseslər üzrə xəritə və blok-sxemlər hazırlamaq;
5. Biznes proseslərin təhlili və təkmilləşdirilməsi üçün təkliflər vermək;
6. Proseslər üzrə daxili nəzarət sistemlərini inkişaf etdirmək;
7. Biznes proseslərini tənzimləyən daxili normativ sənədlərin hazırlanmasında və yenilənməsində iştirak.

Namizədə olan tələblər:
İş təcrübəsi: Sığorta sahəsində (əsas fəaliyyət sahəsi üzrə) və ya biznes proseslər üzrə ən azı 1 il iş təcrübəsi

Təhsili/ixtisası: İstənilən ixtissas üzrə bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: orta
Üstünlüklər: Rus dilinin biliyi, biznes proseslərinin idarəedilməsi üzrə iş təcrübəsi, ERP sistemlərdə işləmə təcrübəsi
Kompüter bilikləri: MS Office: əla, Visio: orta

Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və dinamikanı anlamaq

İmtiyazlar
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizimlə birlikdə işləmək istəyirsinizsə